Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-191/2022 17.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X17 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə İsmayıllı rayonu Gəndov kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Rauf Hacıyev küçəsində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 may 2022-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Notariat Ofisinin binasında X5 ilə mübahisə edərək sonuncunu təhqir etməsi, notariusun iş fəaliyyətini pozması və nəticədə Abdulla Cabbarovun bərk əsəbləşməsi səbəbi ilə İsmayıllı RMX-yə müraciət edərək həmin xəstəxanada vəfat etməsi faktı üzrə İsmayıllı rayon prokurorunun hüquqşünası Kənan Binnətovun 10 mart 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(037)-152/2022 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğu üçün geri qaytarılmışdır. İsmаyıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X6 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair qərarından X1 Rayon Məhkəməsinə şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə X2 şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol yenidən baxılması üçün 13 may 2022-ci il tarixdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X17 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs 16 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisinin binasında X5 ilə mübahisə edərək sonuncunu təhqir etməsi, notariusun iş fəaliyyətini pozması və nəticədə Abdulla Cabbarovun bərk əsəbləşməsi səbəbi ilə İsmayıllı RMX-yə müraciət edərək həmin xəstəxanada vəfat etməsi faktı üzrə ismayıllı rayon prokurorluğunda araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, əvvəllər ev-alqı satqısı üzrə vasitəçilik fəaliyyəti ilə məşğul olduğuna görə mərhum X11 notariat ofisinin notariusu kimi tanımışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Rusiya vətəndaşı olan və hazırda Rusiya Federasiyasının Ulan Ude şəhərində ailə üzvləri ilə birlikdə yaşayan qardaşı Mahir Eybalıyev mərhum analarının il mərasiminə görə İsmayıllı rayonuna gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında mərhum anasının sağlığında yaşadığı evin və İsmayıllı rayonunun Gəndov kəndindəki 3 sot ərazisi olan torpaq sahəsinin qardaşı Mahirin adına rəsmiləşdirmək üçün vərəsəliyin açılması məqsədi ilə Mahirlə birlikdə İsmayıllı notariat ofisinə Abdulla Cabbarovun yanına getmişlər. Abdulla Cabbarova vərəsəliyin açılması ilə bağlı müraciət etmiş, Abdulla müəllim onların sənədlərinə natamam baxaraq məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Onlar notariat ofisini tərk edərək əvvəlcədən tanıdığı Müslüm adlı hüququşünasa müraciət etmişlər. Müslüm onların sənədlərinə baxmış və burada məhkəməlik bir məsələnin olmamasını deyərək notariusa müraciət etməli olduqlarını bildirmişdir. Bu səbəbdən həmin gün günorta saatlarında Mahirlə yenidən Abdulla Cabbarovun yanına getmişlər. Onlar Abdullaya vəkillə danışdıqlarını və vəkilin onlara işdə məhkəməlik bir məsələ olmadığını demişdir. Abdulla əsəbi formada onlara təkrarən bu məsələnin notariusluq olmadığını bildirib işçisinə onların müraciətinə baxılmasından imtina edilməsi barədə məktub yazmağı tapşırmışdır. İşçi həmin məktubu yazdıqdan sonra Abdulla imzalamış və həmin məktubu Mahirə vermişdir. Onlar notariat ofisinə tərk edərək İsmayıllı rayonu ərazisində evlərin alqı-satqısı üzrə maklerlik fəaliyyəti ilə məşğul olan Əfran adlı şəxsin yanına getmişlər. Əfran sənədlərə baxaraq bu məsələnin həlli üçün 1000 manat pul lazım olduğunu demişdir. Sonra isə Əfran onlara Abdulla Cabbarovun yanına gedərək hansı sənədlərin lazım olduğunu öyrənib bir məlumat verəcəyini bildirmişdir. Onlar Əfranın yanından ayrılaraq hərə öz evinə getmişlər. Bundan təxminən 1-2 saat sonra Mahir ona zəng edərək Əfranla görüşdüyünü, sonuncunun ona notariusdan onlara verilmiş imtina məktubu ilə bağlı sənədlərinin düzəlməsi üçün əlavə olaraq 300 manat məbləğində pul verməli olduğunu dediyini və onun da bu səbəbdən Əfrana 300 manat məbləğində pulu verdiyini bildirmişdir. Bundan sonra o, haqsızlıqla qardaşından pul alınmasına əsəbləşib bir başa polis şöbəsinə getmiş və orada adını xatırlamadığı bir polis əməkdaşına bu barədə məlumat vermiş və onunla birlikdə notariat ofisinə getməyi təklif etmişdir. Həmin əməkdaş belə bir məsələnin araşdırılmasının onun səlahiyyətində olmadığını bildirərək onunla birlikdə notariat ofisinə getməkdən imtina etmişdir. Bundan sonra o, qardaşı Mahirlə birlikdə həmin gün təxminən saat 16 radələrində yenidən İsmayıllı notariat ofisinə Abdulla Cabbarovun otağına getmiş və orada Abdulladan nə səbəbə onlara imtina verərək daha sonra Əfranın vasitəçiliyi ilə onlardan 300 manat məbləğində pul aldığını soruşmuşdur. Abdulla isə pul almadığını, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Orada Abdullanın üzərinə qışqırmamış, onu söyərək təhqir etməmişdir. Bu məsələyə görə həddindən artıq əsəbiləşdiyindən Abdulla ilə bir az yüksək səslə danışmışlar. Bundan sonra hər ikisi narazı şəkildə Abdullanın otağını tərk edib öz evlərinə getmişlər. Həmin gün saat 18 radələrində qardaşı Mahirdən Abdullanın vəfat etməsini öyrənmişdir. O, heç bir inzibati xəta hadisəsi törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X15 izahat verərək göstərmişdir ki, hadisə baş verən zaman həmin iki nəfər şəxs Abdulla Cabbarovun otağından çıxdıqda onların birinin əlində telefonun video rejimdə olmasını görmüş və həmin şəxsin Abdulla müəllimin otağında çəkiliş aparmasını düşünmüşdür. Həmin şəxslər Abdulla müəllimin otağında olarkən otağa daxil olmasa da içəridən şəxslərdən birinin uca səslə Abdulla müəllimə “ .... sallayıb oturmusan, rüşvət alırsan, sənnən nazirliyə şikayət edəcəyik, şərəfsiz” deyərək təhqir etməsini eşitmişdir. Həmin şəxslərin səs-küyü, qışqırıqları səngiməmiş, sonra isə Abdulla müəllim onları otaqdan çıxararaq getmələrini tələb etmişdir. Onlardan biri gedərkən “ ona görə mən bu cındırxanada yaşamıram da, ona görə gedib Rusiyada yaşayıram da” deyərək deyindiyinin şahidi olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş və onların iş fəaliyyəti tamamilə dayanmışdır. İş üzrə şahid qismində izahat verən X7 və X3 da şahid X10 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Kənan Binnətovun 10 mart 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs və X13 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 16 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Notariat Ofisinin binasında X5 ilə mübahisə edərək ucada nalayiq ifadələr işlətmiş və notariusun iş fəaliyyətini pozmuşdur. Bununla da Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin, şahidlərin izahatlarını və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 17 may 2022-ci il tarixdə saat 10:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 17 may 2022-ci il tarixdə saat 10:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-191/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-191/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver