Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-192/2021 31.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X4 İsmayıllı rayon X5 X7 Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytinantı X1 tərəfindən tərtib olunmuş 25 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğvinə dair iddia ərizəsi ilə müraciətinə məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq müəyyən e t d im: X4 iddia ərizəsi adı ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon X5 X7 Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytinantı X1 tərəfindən tərtib olunmuş 25 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. İddia ərizəsinin məzmunundan görünür ki, X4 İsmayıllı rayon X5 X7 Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytinantı X1 tərəfindən tərtib olunmuş 25 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermək istəmiş, lakin göndərdiyi ərizəsini qeyd edilən protokoldan şikayət kimi yox, iddia ərizəsi kimi göndərmişdir. Bundan əlavə 25 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş inzibati xəta haqqında qərarı iş materiallarına əlavə etməmişdir. X4 ərizəsini qanuna müvafiq qaydada tərtib etməmiş, məhkəmədən nə istəməsi ilə bağlı fikrini tam formalaşdırmamış və qeyd olunan qərarın surətini ərizəsinə əlavə etməmişdir. Ümumiyətlə, həmin qərarın qəbul edilib-edilməməsi müəyyən deyil. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də X2 iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq qərara a l d ı m: X2 iddia ərizəsi adı ilə göndərdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya X3 izah edilsin. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-192/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-192/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver