Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-192/2022 16.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 may 2022-ci il tarixdə saat 19:30 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili üfüqü nişanlama xətlərinin tələblərini pozaraq bir neçə avtomobili kobud şəkildə ötməsi, ziqzaqvari hərəkətlərlə qəza şəraiti yaradaraq hərəkət etdirməsi, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3cü maddələri ilə 14 may 2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 yol patrul xidməti inspektoru Şükür Sadullayev izahatında göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 19:00 radələrində yol patrul xidməti inspektoru Şahid ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən Şəxs “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili İsmayıllı şəhəri H.Əliyev prospektində idarə edərkən, üfüqü nişanlama xətlərinin tələblərini pozaraq bir neçə avtomobili kobud şəkildə ötmüş və ziqzaqvari hərəkətlərlə hərəkətini davam etdirərək digər avtomobillərə qəza şəraiti yaratmışdır. Bu hallar xidməti avtomobildə olan kamera görüntülərində öz əksini tapmışdır. Bundan sonra Şəxs bir qədər hərəkətini davam etdirdikdən sonra avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Sonradan həmin avtomobil saxlanılmış və avtomobilin sürücüsü Şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Sürücünün izahatı alınmış və bundan sonra barəsində müvafiq maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin ərazidə sürət həddi 50 km/saatdan ibarət olsa da, sürücü avtomobili 90-100 km/saat sürət həddiylə sürmüşdür. Şəxs əvvəllərdə bir neçə dəfə kobud şəkildə yol hərəkəti qaydalarını pozmuş, lakin onun barəsində daha yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 19:30 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən, qarşısında hərəkətdə olan avtomobil əyləcdən istifadə etmişdir. Həmin avtomobillə ara məsafəsi az olduğundan qarşı əks hərəkət zolağına çıxmalı olmuşdur. Həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. Bu zaman polis əməkdaşları avtomobilinə saxla işarəsi vermiş və avtomobilini yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq törətdiyi xətanı izah etmişlər. O, polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində izahatı alınmışdır. Həmin vaxt avtomobilinin sürəti 100 km/saatdan ibarət olmuşdur. Avtoxuliqanlıq hərəkətləri törətməsə də, həmin vaxt avtomobili yüksək sürətlə idarə etmiş və qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon X3 X6 yol patrul xidməti baş inspektoru Şahid izahat verərək göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 19:00 radələrində yol patrul xidməti baş inspektoru Şükür Sadullayev ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən Şəxs “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili İsmayıllı şəhəri H.Əliyev prospektində idarə edərkən, üfüqü nişanlama xətlərinin tələblərini pozaraq bir neçə avtomobili kobud şəkildə ötmüş və ziqzaqvari hərəkətlərlə hərəkətini davam etdirərək digər avtomobillərə qəza şəraiti yaratmışdır. Şəxs hərəkətini davam etdirərək avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 rayon Polis Şöbəsinin post patrul xidməti taqımının polis nəfəri Vüsal Musazadə izahat verərək göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə idarə etdiyini görmüşdür. Həmin ərazidə istirahət parkı vardır. Sürücü avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmışdır. Həmin vaxt sürücü ətrafdakı sakinlərin diqqətini özünə cəlb etmişdir. İş materiallarına əlavə edilmiş 27 aprel 2021-ci il tarixli, BD 701817 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs minik avtomobilini idarə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 19:00 radələrində “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili İsmayıllı şəhəri H.Əliyev prospektində idarə edərkən, üfüqü nişanlama xətlərinin tələblərini pozaraq bir neçə avtomobili kobud şəkildə ötmüş və ziqzaqvari hərəkətlərlə hərəkətini davam etdirərək digər avtomobillərə qəza şəraiti yaratmışdır. İş materialların əlavə edilmiş portal məlumat bazası üzrə çıxarışlardan görünür ki, Şəxs yol hərəkəti qaydalarını müxtəlif vaxtlarda müxtəlif üsullarla pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X7 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 19:30 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili üfüqü nişanlama xətlərinin tələblərini pozaraq bir neçə avtomobili kobud şəkildə ötmüş, avtomobili ziqzaqvari hərəkətlərlə idarə edərək qəza şəraiti yaratmış və nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin və şahidlərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini (əvvəllər bir neçə dəfə yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq inzibati məsuliyyətə cəlb olunması), təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 16 may 2022-ci il tarixdən saat 12:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 16 may 2022-ci il tarixdə saat 12:05-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-192/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-192/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver