Məhkəmə qərarları › İş №3(037)-194/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-194/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-194/2022 19.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli 2(037)-1310/2017 saylı qətnaməsinə əsasən Şəxs 23 iyun 2013-cü il təvəllüdlü X5 və 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Quliyeva ( Əlizadə) Nərmin Tahir qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 3800 (üç min səkkiz yüz) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 may 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3800 (üç min səkkiz yüz) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra mütəmadi olaraq tam şəkildə ödənişlər etmişdir. Lakin 2020-ci ilin dekabr ayında cinayət məsuliyyətinə cəlb olunaraq 1 il 7 gün müddətə azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin dekabr ayının 23-də bəraət alaraq cəzadan azad edilmişdir. Hazırda işi apelyasiya məhkəməsində davam edir. Nərminə yaranmış aliment borcu həbsdə olduğu müddətdə və həbsdən çıxdıqdan sonra yaranmışdır. Buna da səbəb heç yerdə işə götürülməməsi olmuşdur. Hazırda ot sezonu ilə əlaqədar iş tapmış və bir neçə günə işinə başlayacaqdır. Hər ay təyin olunmuş aliment məbləğində artıq ödənişlər edərək gecikməni aradan qaldıracaqdır. Bundan başqa bəraət aldığı üçün həbsdə olduğu vaxta görə ona kompensasiya ödəniləcəkdir. Həmin puluda aldıqdan sonra aliment borcuna verəcəkdir. Borcunu oktyabr ayında tam şəkildə bağlayacağını öhdəsinə götürür. Bununla bağlı Nərminlə aeralarında şifahi razılıqları olmuşdur və Nərminin ona qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 3800 (üç min səkkiz yüz) manat aliment borcu vardır. Cəlal aliment borcundan hər ay ödənişlər edəcəyini öhdəsinə götürmüşdür. Şəxs inzibati qaydada həbs olunmasını istəmir. Hazırda Şəxs qarşı şikayəti yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 19 may 2022-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 3800 (üç min səkkiz) manat məbləğində aliment borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli 2(037)-1310/2017 saylı qətnaməsinə əsasən Şəxs 23 iyun 2013-cü il təvəllüdlü X5 və 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Quliyeva ( Əlizadə) Nərmin Tahir qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs hazırda 3800 (üç min səkkiz yüz) manat aliment borcu vardır. Şəxs məhkəmə iclasında yeni iş yeri tapdığını və bundan sonra hər ay təyin olunmuş aliment məbləğindən də artıq ödəniş edərək yaranmış borcun aradan qaldıracağını vəd etmişdir. Bundan başqa Şəxs borcun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə şifahi razılığa gəlmişdir və Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmadığını bildirmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar