Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-194/2023 27.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X3 daxil olmuş inzibati xəta haqqında materiala 27 aprel 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X4 monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi X10 tərəfindən 01 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 3 (037) - 50 / 2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1ytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, tərtib olunmuş 01 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın hansı tarixdə törədilməsi göstərilməmişdir. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan eyni inzibati xəta haqqında protokol təkrarən məhkəməyə göndərilmiş və məhkəmənin 23 fevral 2023-cü il tarixli 3(037)- 94/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X4 03 mart 2023cü il tarixli məktubu ilə yenidən məhkəməyə göndərilmişdir. Lakin qərardadda qeyd olunan nöqsanlar aradan qaldırılmadan protokol eyni formada məhkəməyə göndərilmiş və məhkəmənin 09 mart 2023-cü il tarixli 3(037)-121/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra Şəxs MMC-nin İsmayıllı rayonu “Girdimançay” qum-çınqıl yatağında yerin təkindən istifadə məqsədi ilə ayrılmış sahədən kənarda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək özbaşına faydalı qazıntı hasilatı aparılması faktı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İsmayıllı rayonu “Girdiman” hövzəsi ətrafında yerləşən torpaq sahəsini 2009-cu ildən 15 il müddətinə icarəyə götürmüşdür. Lakin həmin vaxt qeyd olunan torpaq sahəsinin koordinatları təyin olunmamışdır. Ümumiyyətlə həmin vaxt torpaq sahələrinin koordinatları təyin olunmurdu. 2019-cu il tarixdə koordinatlar təyin olunarkən düzgün təyin olunmamışdır. Bununla bağlı 2021-ci il tarixdə aidiyyəti idarələrə müraciətləri olmuşdur. Hətta 26 may 2022-ci il tarixdə 9 saylı Qəbələ Ərazi İdarəsi ilə qeyd olunan ərazinin yerquruluşu planının hazırlanması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin məbləği smetalar üzrə 2423 (iki min dörd yüz iyirmi üç) manat 80 qəpik məbləğini ödəmişdir. Buna baxmayaraq həmin vaxtdan bugünədək həmin ərazinin koordinatları müəyyən olunmamışdır. Tərtib olunmuş protokolla razı deyil. Belə ki, protokola imza edərək əməli etiraf etsə də, qeyd olunan ərazini uzun müddətdir o istifadə edir. Həmin ərazinin koordinatları müəyyən edilməmiş və bununla bağlı heç bir araşdırma aparılmamışdır. 2021-ci il tarixdən ərazinin koordinatlarının müəyyən olunması ilə bağlı çoxsaylı müraciətlərinə baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Bu səbəbdən qazınti işlərinin hansı ərazidə aparılması müəyyən olunmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsi barədə qərar qəbul edəsiniz. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 01/105 saylı məktubundan görünür ki, Şəxs MMC-yə verilən torpaq sahəsinin ölçülərinin İsmayıllı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi yerquruluşu planı ilə uyğunlaşdırılaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin yenisi ilə əvəzlənməsinə müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi üzrə yerinə yetiriləcək işlərə dair 26 may 2022-ci il tarixli SVM-005/22 saylı müqavilədən görünür ki, İsmayıllı rayonu ərazisində yerləşən “Girdimançay” qum-çınqıl yatağında Şəxs MMC-nin icarəsinə ayrılmış 15 ha torpaq sahəsinin yerqurluşu Planının hazırlanması ilə bağlı sifarişçi Şəxs MMC ilə icraçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə müqavilə bağlanmış və müqavilənin məbləği smetalar üzrə 2423 (iki min dörd yüz iyirmi üç) manat 80 qəpik təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru Söhbət Haqverdiyevin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 02 nömrəli məktubdan görünür ki, 26 may 2022-ci il tarixli müqavilə və hesab faktura əsasında verilən ödəniş tapşırığına əsasən həmin gün hesaba ödəniş edilmiş və reyestr xidməti tərəfindən Şəxs MMC-yə verilən torpaq sahəsinin ölçülərini yeni təyin olunmuş xx.xx.2022-ci il tarixli, İsmayıllı rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış akta əsasən yerquruluşu planı ilə uyğunlaşdıraraq verilən torpaq sahəsinin planı və ölçüsü sənədini yenisi ilə əvəzləşdirilməsinə köməklik göstərməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçısını dinləyərək və inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İsmayıllı rayonu “Girdimançay” qum-çınqıl yatağında ayrılmış sahədən kənarda faydalı qazıntı hasilatı aparılması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Protokol tərtib etmiş orqan Şəxs MMC tərəfindən qum-çınqıl yatağı sahəsində faydalı qazıntı hasilatının aparılması ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Şəxs MMC tərəfindən inzibati məsuliyyətə cəlb etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC icarəyə götürdüyü ərazinin koordinatlarının müəyyən edilməsi ilə bağlı aiddəyəti üzrə rəsmi müraciətlər etmişdir. Həmçinin İsmayıllı rayonu ərazisində yerləşən “Girdimançay” qum-çınqıl yatağında Şəxs MMC-nin icarəsinə ayrılmış 15 ha torpaq sahəsinin yerqurluşu Planının hazırlanması ilə bağlı sifarişçi Şəxs MMC ilə icraçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə müqavilə bağlanmış və müqavilənin məbləği smetalar üzrə 2423 (iki min dörd yüz iyirmi üç) manat 80 qəpik məbləği Şəxs MMC təyinatı üzrə ödəniş etmişdir. Buna baxmayaraq qeyd olunan ərazinin koordinatlarının müəyyən edilməsi ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bu da iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs MMC-nin “Girdimançay” qum-çınqıl yatağında icarəyə götürdüyü sahədən kənarda faydalı qazıntı hasilatı aparmasına əsas vermir. İş maetirallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X4 əməkdaşları tərəfindən tərtib edilmiş 01 fevral 2023-cü il tarixli 000095 nömrəli aktda “ASİ MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş müraciətə əsasən İsmayıllı rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə 15 ha sahəyə baxış keçirərək koordinatlar müəyyənləşdirilmiş və bununla bağlı həmin tarixdə akt tərtib olunduğu qeyd edilsə də, bununla bağlı da heç bir sənəd əlavə edilməmişdir. Həmçinin akta qeyd olunan xx.xx.2022-ci il tarixdən sonra, yəni 26 may 2022-ci il tarixdə tərəflər arasında İsmayıllı rayonu ərazisində yerləşən “Girdimançay” qum-çınqıl yatağında Şəxs MMC-nin icarəsinə ayrılmış 15 ha torpaq sahəsinin yerqurluşu planının hazırlanması ilə bağlı müqavilə bağlanmışdır. Bu da Şəxs MMC-nin icarəyə götürdüyü “Girdimançay” qumçınqıl yatağının xx.xx.2022-ci il tarixdə koordinatlarının müyyənləşdirilməsinə ziddiyyət yaradır. Göründüyü kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X6 tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 06 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan Şəxs MMC-nin İsmayıllı rayonu “Girdimançay” qum-çınqıl yatağında yerin təkindən istifadə məqsədi ilə ayrılmış sahədən kənarda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək özbaşına faydalı qazıntı hasilatı aparıldığı ərazinin Şəxs MMC-yə aid olması iş materiallarına əlavə edilmiş sənədlərlə və məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İlk növbədə qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X6 yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-194/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-194/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver