Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-195/2023 31.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X8, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X4 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X3 daxil olmuş inzibati xəta haqqında materiala 31 may 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X4 monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi X9 tərəfindən 01 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 3 (037) - 49 / 2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1ytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, tərtib olunmuş 01 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın hansı tarixdə törədilməsi göstərilməmişdir. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan eyni inzibati xəta haqqında protokol təkrarən məhkəməyə göndərilmiş və məhkəmənin 23 fevral 2023-cü il tarixli 3(037)- 93/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X4 03 mart 2023-cü il tarixli məktubu ilə yenidən məhkəməyə göndərilmişdir. Lakin qərardadda qeyd olunan nöqsanlar aradan qaldırılmadan protokol eyni formada məhkəməyə göndərilmiş və məhkəmənin 09 mart 2023-cü il tarixli 3(037)-120/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra "xxxx" MMC-nin İsmayıllı rayonu “Girdimançay” qum-çınqıl yatağında yerin təkindən istifadə məqsədi ilə ayrılmış sahədən kənarda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək özbaşına faydalı qazıntı hasilatı aparılması faktı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X4 etibarnamə üzrə nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, X12 X4 əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu ərazisində yerləşən “Girdimançay” qum-çınqıl yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yəona ayrılmış 4 hektar sahədən kənarda qum-çınqıl xammalının çıxarılaraq daşınması faktı müəyyən edilmidşir. Əraziyə baxış zamanı 4333 kub metr hasilat aparıldığı və 15165 manat ziyan vurulduğu müəyyən olunmuşdur. Baxış zamanı ərazidə yük avgtomobilləri olmuş və həmin avtomobillərin foto şəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında isə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol natamam olduğundan İsmayıllı Rayon Məhkəməsinin qərardadı ilə geri qaytarılmış və göstərilən çatışmamazlıqlar aradan qaldırılaraq yenidən 06 aprel 2023cü il tarixli ******* nömrəli protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin qanuni təmsilçisi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İsmayıllı rayonu “Girdimançay” hövzəsi ətrafında yerləşən torpaq sahəsini 2021-ci ildən 10 il müddətinə icarəyə götürmüşdür. Həmin əraziyə bir müddət əvvəl sel gəlmiş və onlara ayrılmış sahənin mərc nişanları itmişdir. Bu səbəbdən işçilər ərazini müəyyən edə bilməmiş və hasilatı onlara ayrılmış ərazidən kənarda aparmışlar. Törədilmiş xətanı etiraf edirlər və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli, 000094 nömrəli aktdan görünür ki, "xxxx" MMC tərəfindən “Girdimançay” qum-çınqıl yatağında onlara ayrılmış 4 hektar ərazidən kənarda 2 ayrı sahə olmaqla cəmi 4333 kub metr faydalı qazıntı hasil olunmuşdur. Səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli akt, fotoşəkillər və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alıb hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-195/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-195/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver