Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-196/2021 17.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Baş X5 İdarəsinin Yol-Patrul Xidməti alayının 4-cü taqımının inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1974-cü il tarixdə Laçın rayonu Hacılar kəndində anadan olmuş, Laçın rayonu Hacılar kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Diyallı kəndində məskunlaşan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 03 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində Şəxs 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı- İsmayıllı yolunun 36-cı km-də həmin malı vurması və nəticədə “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı 4-cü Tağımın yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Baş X5 İdarəsinin Yol-Patrul Xidməti alayının 4-cü taqımının inspektoru X2 izahatında göstərdi ki, 03 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində Şəxs 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun 36-cı km-də həmin malı vurmuşdur. Hadisə nəticəsində “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Diyallı kəndində yaşayır. O, pul müqabilində qonşularına məxsus iri buynuzlu heyvanları hər gün kəndin yaxınlığında yerləşən otlaq sahəsində otarır. Heyvanları hər gün kəndin yaxınlığında olan magistral yoldan keçirir. 03 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində heyvanları magistral yoldan keçirərəkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs bir baş inək malını idarə etdiyi avtomobillə vuraraq tələf etmişdir. O, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücünün günahı olmuşdur. Zərərçəkmiş şəxs avtomobili yüksək sürətlə idarə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Həmçinin həmin vaxt avtomobil onu da vura bilərdi. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, 03 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Təzəkənd kəndinə gedərkən bir neçə baş iri buynuzlu mal heyvanının yolun kənarında getdiyini görmüş və avtomobilin sürətini azaltmışdır. Heyvanların tam yoldan çıxdığını gördükdən sonra sürətini artırmağa başlamışdır. Həmin vaxt atın belində olan şəxs heyvanları sürdükdə bir baş inək malı qəflətən yola çıxmış və onun idarə etdiyi avtomobilin qabaq yan hissəsinə özünü vurmuşdur. Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Avtomobili saatda 50-60 km saat sürətlə idarə etmişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Onun avtomobilinə dəymiş maddi ziyan ödənilməmiş və o, ziyanı tələb edir. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. “X3” tərəfindən verilmiş 04 iyun 2021-ci il il tarixli qüsur aktından görünür ki, “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə 306 (üç yüz altı) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 03 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində Şəxs 1 (bir) baş iri buynuzlu mal heyvanını yolda nəzarətsiz qoymuş, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun 36-cı km-də həmin malı vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21061” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-196/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-196/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver