Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-196/2023 17.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(037)-666/2020 saylı qətnaməsinə əsasən Şəxs 2590 (iki min beş yüz doxsan) manat 90 qəpik tutularaq "xxxx" MMM QBKT-ya ödənilməsi, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(025)-122/2021 saylı qətnaməsinə əsasən Şəxs və X5 müştərək qaydada 2830 (iki min səkkiz yüz otuz) manat məbləği pul tutularaq Zərərçəkmiş şəxs1 Yusiuf oğluna ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2 (037) – 1004 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 2830 (iki min səkkiz yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(037)-361/2022 saylı qətnaməsinə əsasən Şəxs 730 (yeddi yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Borclu icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkarlara ödənilməli olan pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnamələrinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu ötən müddət ərzində icra vərəqələri üzrə yalnız Zərərçəkmiş şəxs1 olan borcundan 150 (yüz əlli) manat məbləğində ödəniş etmişdir. Şəxs icra vərəqələrinin icrasından qərəzəli olaraq boyun qaçırması nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, uzun müddətdir heç yerdə işəməmişdir. Bu səbəbdən borcundan ödənişlər edə bilməmişdir. Hazırda yeni iş yeri tapmışdır və borcundan hissə-hissə ödənişlər edəcəkdir. Borcunu tam şəkildə ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs hazırki günədək borcundan 150 (yüz əlli) manat məbləğində ödəniş etmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini mhkəmədən xahiş edir. X3 izahat verərək göstərdi ki, Şəxs hazırki günədək borcundan heç bir məbləğdə ödəniş etmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini mhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 və "xxxx" MMM QBKT nümayəndəsi hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs 2590 (iki min beş yüz doxsan) manat 90 qəpik məbləği "xxxx" MMM QBKT-ya 1265 (min iki yüz altmış beş) manat məbləği Zərərçəkmiş şəxs1 Yusiuf oğluna 2830 (iki min səkkiz yüz otuz) manat məbləği Zərərçəkmiş şəxs2 və 730 (yeddi yüz otuz) manat məbləği Zərərçəkmiş şəxs3 ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(037)-666/2020 saylı qətnaməsinə əsasən Şəxs 2590 (iki min beş yüz doxsan) manat 90 qəpik tutularaq "xxxx" MMM QBKT-ya ödənilməsi, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(025)-122/2021 saylı qətnaməsinə əsasən Şəxs və X5 müştərək qaydada 2830 (iki min səkkiz yüz otuz) manat məbləği pul tutularaq Zərərçəkmiş şəxs1 Yusiuf oğluna ödənilməsi, İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2 (037) – 1004 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 2800 (iki min səkkiz yüz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(037)-361/2022 saylı qətnaməsinə əsasən Şəxs 730 (yeddi yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra vərəqələrinin icrasını təmin etməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 17 aprel 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 17 aprel 2023-cü il tarixdə saat 16:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 17 aprel 2023-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-196/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-196/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver