Məhkəmə qərarları › İş №3(037)-197/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-197/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-197/2023 28.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, xx xxx 1971-ci il tarixdə İsmayıllı rayonu Balik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayonu Balik kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “ZK” modelli, 16 çaplı, tək lüləli, 8922Q nömrəli yivsiz lüləli odlu ov tüfəngini 24 yanvar 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evdən aşkar olunması faktı üzrə İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 16 mart 2023-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən 14 aprel 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti şöbənin X1 verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini, 1 (bir) ədəd “ZK” modelli, 16 çaplı, tək lüləli, 8922Q nömrəli yivsiz lüləli odlu ov tüfənginin müsadirə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ədəd “ZK” modelli, 16 çaplı, tək lüləli, 8922Q nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüsynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar