Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-2/2022 14.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, Həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 02 noyabr 2021-ci il tarixədək İsmayıllı rayonu Bizlan kəndi ərazisində yerləşən meşədə lazımi icazə olmadan ov qaydalarının kobud şəkildə pozaraq üç ədəd porsuq və bir ədəd cüyür heyvanını qanunsuz olaraq ovlaması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, 32062 nömrəli yivsiz lüləli ov tüfənginin 11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X2 Bölməsinin rəisi Hənifə Bayramzadənin 01 dekabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Ruslan Şirvanov tərəfindən Ravil Orucov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə 30 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun ov etmək hüququ yoxdur. Ov tüfəngi ona babasından yadigar qalmışdır. Lakin qeyd olunan silahın müvafiq sənədləri yoxdur və silah Polis Şöbəsində qeydiyyata alınmamışdır. Həmin silahı yadigar kimi bir müddət öz evində saxlamışdır. 02 noyabr 2021-ci il tarixədək olan müddətdə İsmayıllı rayonu Bizlan kəndi ərazisindən üç ədəd porsuq və bir ədəd cüyür ovlamışdır. Həmin ov ətlərini və tüfəngi könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, qanunsuz ov etdiyinə və müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov silahını əldə edib özündə saxladığına görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X2 Bölməsinin rəisi Hənifə Bayramzadənin 01.12.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” və “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli qərarına əsasən yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq bir baş cüyür heyvanı üçün ziyanın miqdarı (manatla) 220 manat, 1 porsuğ heyvanı üçün ziyanın miqdarı 16 manat 50 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsində göstərilir ki, “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh olunmasını, inzibati xətanın törədilməsində alət olan 1 (bir) ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, 32062 nömrəli yivsiz lüləli ov tüfənginin müsadirə edilməsini və onun ov hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26, 27, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən 1 (bir) ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, 32062 nömrəli yivsiz lüləli ov tüfəngi müsadirə edilməklə ov hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-2/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-2/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver