Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-202/2023 04.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi iştirakı ilə, xx xxxxx 1982-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, həmin kənddə yaşayan, İsmayıllı şəhəri, N.Səmədov küçəsi, ev 66-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 04 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili təpiklə vuraraq sonuncuya 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurması və Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “Toz B modelli, qundağı “1012” nömrəli, lüləsi və lüləaltı yatağı “42588” nömrəli eyni modelli ov silahının lüləsi və lüləaltı yatağı ilə kompleksləşdirilmiş, xarici çaxmaqlı, qoşa lüləli tüfəngi özündə saxlaması faktı üzrə İsmayıllı rayon X3 Bölməsinin müstəntiqi Natiq Rəhimovin 17 aprel 2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 590.2-ci il maddələri ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 590.2-ci il maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 3(037)-202 nömrəli qərardadına əsasən 3(037)-202 saylı və 3(037)-203 inzibati işlər bir icraatda birləşdirilərək işə 3(037)-202 nömrəsi verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaq onlar məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli 9/74 nömrəli ekspert rəyindən görünür ki, “X4 Servis Mərkəzi” tərəfindən 28 dekabr 2022-ci il tarixdə tərtib edilmiş arayışa əsasən “VAZ- 21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapı, arxa qapı, sol arxa qapı, sol arxa qanadının əzilməsi nəticəsində dəymiş ziyanın miqdarı 350 (üç yüz əlli) manat təşkil etmişdir. İsmayıllı rayon X3 Bölməsinin müstəntiqi Natiq Rəhimovin 17 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili təpiklə vuraraq sonuncuya 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “Toz B modelli, qundağı “1012” nömrəli, lüləsi və lüləaltı yatağı “42588” nömrəli eyni modelli ov silahının lüləsi və lüləaltı yatağı ilə kompleksləşdirilmiş, xarici çaxmaqlı, qoşa lüləli tüfəngini özündə saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq qərara gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən törətdiyi inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 232- 1-ci maddəsində nəzərə tutulan inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən Şəxs həmin Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulmuş əlavə cəza təyin edilərək 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “Toz B modelli, qundağı “1012” nömrəli, lüləsi və lüləaltı yatağı “42588” nömrəli eyni modelli ov silahının lüləsi və lüləaltı yatağı ilə kompleksləşdirilmiş, xarici çaxmaqlı, qoşa lüləli tüfəngi müsadirə edilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə X2 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza təyin edilərək İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “Toz B modelli, qundağı “1012” nömrəli, lüləsi və lüləaltı yatağı “42588” nömrəli eyni modelli ov silahının lüləsi və lüləaltı yatağı ilə kompleksləşdirilmiş, xarici çaxmaqlı, qoşa lüləli tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra həmin silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. X2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-202/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-202/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver