Məhkəmə qərarları › İş №3(037)-202/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-202/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-202/2024 25.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə İsmayıllı rayonu Müdrü kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, Bakı şəhəri, Susa qəsəbəsində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs qızı barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 16 (037) – 34/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs 24 noyabr 2018-ci il təvəllüdlü X3 və 12 fevral 2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququ müəyyən edilsin və Zərərçəkmiş şəxs ünsiyyətinə mane olması Şəxs qadağan ediməsi, və Zərərçəkmiş şəxs uşaqları ilə ünsiyyətdə olması üçün qeyd edilən vaxtlarda uşaqların ona verilməsi və Şəxs qaytarılması yeri İsmayıllı şəhərinin ərazisində müəyyən edilsin qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və Zərərçəkmiş şəxs uşaqlarla ünsiyyət saxlamasına mane olmasına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, qeyd olunan icra vərəqəsi 2023-cü ilin dekabr ayında icra şöbəsinə daxil olmuş və müvafiq icra tədbirləri aparılmışdır. 2024-cü ilin fevral ayınadək borclu müxtəlif bəhanələr gətirərək, uşaqları anası ilə görüşündən yayındırmışdır. Bir neçə dəfə mart ayında uşaqların anaları ilə ismayıllı rayon Uşaq və Ailələri Dəstək mərkəzində görüşü təşkil olunmuşdur. İcra vərəqəsi üzrə uşaqların şənbə və bazar günləri analarının yanında qalmaqla ünsiyyət hüququ müəyyən edilməsi qət edilsə də, Şəxs uşaqların anasının yanında qalmasına imkan verməmişdir. Bundan sonra 06 və 13 aprel 2024-cü il tarixlərində icra tədbirləri təyin olunmuş, lakin Şəxs uşaqları qeyd olunan yerə gətirməmişdir. Bundan sonra onun barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin vaxtdan sonra da icra tədbirləri təyin olunsa da, Şəxs yenidən uşaqları gətirməyərək icra vərəqəsinin icrasını təmin etməmişdir. Ona gör əd, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan protokola baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. Uşaqları bir neçə dəfə anaları ilə ünsiyyət qurmaq üçün qeyd olunan yerə gətirsə də, uşaqlar ağlayaraq anaları ilə qalmaq istəməmişdir. Bir neçə dəfə uşaqlarını gətirməməsinin səbəbi, onların xəstə olması olmuşdur. Bakı şəhərində yaşadığı üçün uşaqları hər həftə rayona gətirməyə çətinlik çəkir. Ona görə də, görüş yerinin və vaxtının dəyişdirilməsini xahiş edir. Növbəti həftə uşaqları gətirərək anaları ilə ünsiyyət saxlamasına şərait yaradacağına söz verir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs uşaqları ilə ünsiyyət saxlamasına şərait yaratmır. Uşaqları ilə 2-3 dəfə görüşərək onlarla ünsiyyətdə olmuşdur. Lakin, uşaqların şənbə və bazar günləri onun yanında qalması mümkün olmamışdır. Qətnamənin icra olunmasını və Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 16 (037) – 34/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı, təyin olunmuş və əvvəlcədən xəbərdar olmuş Şəxs icra tədbirləri həyata keçirilən yerə uşaqlarını gətirməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 16 (037) – 34/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs 24 noyabr 2018-ci il təvəllüdlü X3 və 12 fevral 2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququ müəyyən edilməsi və Zərərçəkmiş şəxs ünsiyyətinə mane olması Şəxs qadağan ediməsi, və Zərərçəkmiş şəxs uşaqları ilə ünsiyyətdə olması üçün qeyd edilən vaxtlarda uşaqların ona verilməsi və Şəxs qaytarılması yeri İsmayıllı şəhərinin ərazisində müəyyən edilməsinə dair hissədə icra məmuru tərəfindən bir neçə dəfə icra tədbirləri keçirilməsinə baxmayaraq, Şəxs uşaqları icra tədbirləri həyata keçirilən yerə gətirməmiş və uşaqların anaları ilə ünsiyyət saxlamasına şərait yaratmamışdır. Göründüyü kimi Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6- cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar