Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-203/2025 20.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən İsmayıllı rayon X7 X8 inspektoru X2 iştirakı ilə, X1 İsmayıllı rayon X7 X8 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 20 iyun 2025-ci il tarixdə, İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək İsmayıllı rayon X7 X8 polis kapitanı X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 şikayətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində Qaraməryəm-İsmayıllı şose yolu ilə İsmayıllı şəhər istiqamətində hərəkətdə olan zaman yolun Aşağıbaş kəndinə ayrılan yol ayrıcına çatan zaman sağ dönmə işıqlarını yandıraraq Aşağıbaş kəndi istiqamətində dönən zaman arxadan yüksək sürətlə “Kəpənək” adlanan tərəfə hərəkətdə olan, ara məsafəsi saxlamayan “07 markalı” avtomaşın onun idarə etdiyi avtomaşının arxa hissəsindən dəyərək avtomaşınına maddi ziyan vurmuşdur. Hadisə yerinə gələn İsmayıllı rayon X13 Patrul Xidməti əməkdaşı Rafiq adlı polis əməkdaşı yerində avtomaşınlara baxış keçirərək, hadisənin təqsirkarının arxadan gələn avtomaşının olduğu bildirdi və onları sabah Polis Şöbəsinə gələrsiniz deyərək buraxdı. xx.xx.2025-ci il tarixdə Polis Şöbəsində polis kapitanı Samir Qasımovun qəbulunda oldu. Samir Qasımov ona bildirdi ki, guya baş vermiş hadisədə o, günahkardır, O, Samir Qasımov ilə razılaşmadı və bir daha hadisənin baş vermə vəziyyətini ona izah elədi və bildirdi ki, o, tam yol hərəkəti qaydalarına uyğun olaraq hərəkət etmiş, digər avtomaşın arxadan yüksək sürətlə hərəkət edərək arxadan onun avtomaşınını vuraraq qəza törətmişdir. Samir Qasımov isə nə sənədlərə, nə də onun izahatına baxmayaraq, hadisə yerində olmuş polis əməkdaşı Rafiqin izahatını nəzərə almadan onu günahkar çıxararaq, onun haqqında şikayət etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli Qərarı qəbul etmişdir. O, qərarla razı olmadığını, həmçinin hadisədə onun heç bir günahı olmadığını, o, həmin vaxt yol hərəkəti qaydalara tam düzgün əməl etdiyini, digər avtomaşın isə yüksək sürətlə hərəkət edərək, ara məsafəsi saxlamadan, o, dönmə əməliyyatı aparan zaman arxadan onun avtomaşınını vuraraq qəza törətmişdir. Günah qarşı tərəfdə ola-ola onun haqqında qərar qəbul edilmiş və o, 40 manat cərimə olunmuşdur. Qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, Qaraməryəm kəndindən İsmayıllı rayonu istiqamətində hərəkətdə olan zaman, dönmə işıqlarını yandıraraq Aşağıbaş kəndinə dönərkən, arxadan “Vaz-2107” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili vurmuşdur. Polis əməkdaşları digər avtomobilin yüksək sürətlə idarə etdiyini nəzərə almayaraq hadisənin baş verməsində onu təqsirkar bilmişdir. Bununla bağlı video görüntü də vardır. O, həmin vaxt avtomobili müəyyən edilmiş yolda idarə edərək dönmə əməliyyatı aparmışdır. Lakin digər avtomobilin sürücüsü yoldan kənarda hərəkətini davam etdirmişdir. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən İsmayıllı rayon X7 X8 inspektoru X6 izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi Elvin Kərimovun təqsiri üzündən baş vermişdir. Belə ki, Elvin Kərimov həmin vaxt sağa dönmə əməliyyatını müəyyən edilmiş yerdən deyil, sol yolla hərəkətini davam etdirdikdən sonra aparmışdır. Bununla da, X14 X3 42-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X7 X8 polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İsmayıllı rayon X7 X8 polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X5 şikayətində İsmayıllı rayon X7 X8 polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatlarında, onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəməyə təqdim edilmiş video görüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Belə ki, “X10” Azərbaycan Qanununun 42-ci maddəsinin 5-ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X5 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, İsmayıllı rayon X7 X8 polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 İsmayıllı rayon X7 X8 polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-203/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-203/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver