Məhkəmə qərarları › İş №3(037)-206/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-206/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-206/2021 18.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət оğlunun sədrliyi Qasımov Xalid Məhərəm oğlunun katibliyi İsmayıllı rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrta təhsilli, evli, 3 azyaşlı uşağı olan, X4 işləyən, İsmayıllı şəhəri, M.Şəhriyar küçəsi ev 22-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Şəki Apelyasiya Məhkəməsinin 07.02.2017-ci il tarixli 2(107)-1442/2016 saylı icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs оğlunun Аzərbaycan Рespublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə icra məmuru tərəfindən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin 07.02.2016-cı il tarixli 2(107)-1442/2016 saylı qətnaməsi ilə cavabdeh Şəxs 3825 ABŞ dolları və 20 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş,14 fevral 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borclu olduğu məbləğdən bir hissəsini ödəmiş, qalan 2602,50 manat hissəsini isə tələbkara ödəməmişdir. Hazırda Şəxs cəmi borcu 2602,50 manat təşkil edir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin 07.02.2016-cı il tarixli 2(107)-1442/2016 saylı qətnaməsi ilə cavabdeh Şəxs 3825 ABŞ dolları və 20 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Şəxs tərəfindən ona ilk vaxtlarda ödəniş edilmiş, lakin sonradan heç bir ödəniş edilməmiş, müxtəlif vaxtlarda tam ödəniş edəcəyi barədə vəd versə də, heç bir nəticəsi olmamışdır. Hazırda Şəxs ona 2600 manat məbləğində borcu vardır. Lakin, 2 ay ərzində 2000 manat ödəyərsə, qalan borcu siləcəyini bildirir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəki Apelyasiya Məhkəməsinin 07.02.2016-cı il tarixli 2(107)-1442/2016 saylı qətnaməsi ilə cavabdeh Şəxs 3825 ABŞ dolları və 20 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, Dost Mərkəzində işləyir və 300 manat məbləğində əmək haqqı alır və borcunu həmin əmək haqqına yönəldilməsini istəyir. Hazırda 100 manat ödəmişdir və 2 ay müddət verilərsə borcunu tam ödəməyə söz verir. Çünki icra sənədində göstərilən pulu tələbkara verməli olduğunu bilir, sadəcə maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İş materiallarında olan, Şəki Apelyasiya Məhkəməsinin 07.02.2017-ci il tarixli 2(107)- 1442/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3825 ABŞ dolları və 20 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan, 14.02.2017-ci il tarixli icraata başlanmaq haqqında qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs borcunu 10 gün müddətinə könüllü icra etməsi barədə təklif edilmişdir. İş materiallarına əlavə edilmiş, 22.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş, 16.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs Zərərçəkmiş şəxs adına 200 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş, 20.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs Zərərçəkmiş şəxs adına 200 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş, 18.06.2021-ci il tarixli 1ZBEFAJ nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs sözügedən icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Belə ki, ümumi borcundan (3825 ABŞ dolları-təxminən 6700 manat) bir hissəsini (təxminən 4000 manat) ödəmiş, keçən ay 500 manat, hazırda isə 100 manat ödəniş etdiyini, eyni zamanda tələbkarla 2 ay ərzində 2000 manat ödəyəcəyi təqdirdə qalan borcunun silinməsi barədə razılığa gəldiklərini nəzərə alaraq, onun hazırkı borcunu ödəyə bilməməsi icra məmurunun qanunu tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Ona görə də borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, borclu Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında tələbkarın pulunu qaytarmağa etiraz etmədiyini bildirmiş, borcundan keçən ay 500 manat, hazırda isə 100 manat ödədiyini, 2 ay ərzində 2000 manat ödəyəcəyi barədə tələbkarla razılığa gəlməsini, hətta Dost Mərkəzində işləyərək aldığı 300 manat məvacib hesabına borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması, habelə həmin Qanunun 84-1-ci maddəsində isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru borclunun ödəmə qabiliyyətinin olub-olmamasını, kifayət qədər araşdırmadan, borclunun iş yerinin müəyyənləşdirilərək əmək haqqına yönəltməni həyata keçirmədən, qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda isə, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar