Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-206/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonuda anadan olmuş, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 39-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 15 aprel 2024-cü il tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı ərzaq mağazasının qarşısında “Kapital Banka” aid ATM bankomatı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus kart hesabından, sonuncunu aldadaraq 100 (bir yüz) manat pulunu tamah məqsədilə gizli yolla oğurlaması faktı üzrə İsmayıllı rayon Polis X2 təhqiqatçısı Qoşqar Aslanlının 22 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Rəşad Əlizadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəşad Əlizadə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparılmış və araşdırma zamanı Şəxs 15 aprel 2024-cü il tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı ərzaq mağazasının qarşısında “Kapital Banka” aid ATM bankomatı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus kart hesabından 100 (bir yüz) manat pulunu tamah məqsədilə gizli yolla talaması müəyyən olunmuşdur. Şəxs əvvəllərdə eyni əməli bir neçə dəfə törətmişdir. Lakin zərərçəkmiş şəxslər polis şöbəsində şikayətçi olmadığı üçün işlərə xitam verilmişdir. Bundan başqa hazırda Şəxs barəsində polis şöbəsində eyni əmələ görə istintaq material var və həmin iş hazırda araşdırmadadır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs məxsus bank kartından 100 (bir yüz) manat məbləğində pul oğurlamışdır. Həmin vaxt içkili olmuşdur. Həmin pulu may ayının 15-də Zərərçəkmiş şəxs qaytara bilər. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, qızı İİ qrup əlildir. 15 aprel 2024cü il tarixdə qızı ilə birlikdə “Mustafa market” adlı ərzaq mağazasına getmiş və bank kartını qızına verərək mağazanın çölündə olan bankomatdan pul çıxarmasını istəmişdir. Qızı bankomatın yanında olarkən sonradan adını bildiyi Emin adlı şəxsdən pul çıxarmasını xahiş etmişdir. Emin həmin kartdan 100 (bir yüz) manat məbləğində pul çıxarsa da, qızına kartda pulun olmadığını bildirmişdir. Həmin pulu tələb edir. Eminlə barışmamış və onu bağışlamamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon polis X2 təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 15 aprel 2024-cü il tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı ərzaq mağazasının qarşısında “Kapital Banka” aid ATM bankomatı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus kart hesabından, sonuncunu aldadaraq 100 (bir yüz) manat pulunu tamah məqsədilə gizli yolla oğurlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona digər inzibati tənbeh verilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 29 aprel 2024cü il tarixdən saat 17:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 29 aprel 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-206/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-206/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver