Məhkəmə qərarları › İş №3(037)-209/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-209/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-209/2022 07.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, 06 avqust 1987-ci ildə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 07 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayonu Cülyan kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuları vuraraq onlara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X2 Bölməsinin müstəntiqi Cəlal Abdullayevin 30 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyülməsi faktında cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 31 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 24 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Cülyan kəndi ərazisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlamış və onlar barışmışlar. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, 24 oktyabr 2022ci il tarixdə baş vermiş mübahisə zamanı Qurban onu vuraraq xəsarət yetirmişdir. Hazırda o, Qurbanı bağışlamış və onunla barışmışlar. Qurbanla barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, 24 oktyabr 2022ci il tarixdə baş vermiş mübahisə zamanı Qurban onu vuraraq xəsarət yetirmişdir. Hazırda o, Qurbanı bağışlamış və onunla barışmışlar. Qurbanla barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayonu Cülyan kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuları vuraraq onlara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar