Məhkəmə qərarları › İş №3(037)-21/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-21/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-21/2021 29.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rüstəmzadə Əşrəf Ramiz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İdris oğlunun iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə İsmayıllı rayonu Qaraqaya kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şahdağ Milli parkında yeger vəzifəsində işləyən öz deməsinə görə inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “TOZ-63” markalı, 16 kalibrli, qoşa lüləli, 14624 nömrəli, yivsiz lüləli ov tüfəngini xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı rayonu Qaraqaya kəndi ərazisində olduğu zaman İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun üzərindən aşkar olunması faktı üzrə barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşları İsmayıllı rayonu Qaraqaya kəndi ərazisində xidmətdə olarkən Şəxs əlində tək lüləli ov tüfənginin olduğunu görüb ona yaxınlaşmışlar. Həmin ov silahının müvafiq sənədi olmadığı üçün Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Qaraqaya kəndində yaşayır. Uzun müddətdir ov tüfəngi var. xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndi ərazisində olarkən polis əməkdaşlaı ona yaxınlaşaraq üzərində olan silaha dair hər hansı bir sənədin olub-olmadığını soruşmuşlar. Tüfəngə aid heç bir sənəd təqdim edə bilmədiyinə görə polis əməkdaşları tüfəngi ondan təhvil almışlar. O, heç vaxt həmin tüfəngdən istifadə etməmişdir. Hazırda əməlindən səmimi peşman olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 kalibrli, qoşalülə, 14624 nömrəli yivsiz ov tüfəngini özündə saxlamışdır. xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, İsmayıllı rayonu Qaraqaya kənd sakini Şəxs oğlundan götürülmüş 1 (bir) ədəd “TOZ-63” markalı, 16 kalibrli, qoşa lüləli, 14624 nömrəli, yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşimançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 kalibrli, qoşa lüləli, 14624 nömrəli, yivsiz lüləli ov tüfəngi müsadirə edilməli və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 kalibrli, qoşa lüləli, 14624 nömrəli, yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Qərarın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar