Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-210/2024 03.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İŞ № 3 ( 037 ) – 210 / 2024 İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR İsmayıllı Rayon Məhkəməsi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 03 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 02 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 02 may 2024-cü il tarixdə, saat 18:20 radələrində ** CP *** dövlət qeydiyyat nişanlı “VAZ-21070” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində xidmətdə olarkən, “VAZ-21070” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Sənədlərə baxış zamanı sürücü Şəxs avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etməsi müəyyən olunmuşdur. Avtomobil duracağa yerləşdirilmiş və yoxlama zamanı Şəxs avtomobili narkotik vasitədən istifadə etməklə idarə etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 02 may 2024-cü il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bir neçə gün öncə narkotik vasitədən istifadə etmişdir. Bu səbəbdən yoxlama zamanı onun narkotik vasitədən istifadə edərək avtomobili idarə etməsi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona həbslə bağlı olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. 02 may 2024-cü il tarixli 56 nömrəli şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 yanvar 2024-cü il tarixdə saat 18:18-də tibbi müayinədən keçirilərkən onda narkotik maddə qəbul etməsi faktı aşkar edilmişdir.. 03 may 2024-cü il tarixli portal məlumat bazası üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 329.1, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X4 Yol Polis İdarəsinə göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 02 may 2024-cü il tarixdə, saat 18:20 radələrində ** CP *** dövlət qeydiyyat nişanlı “VAZ-21070” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun təfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə ona digər inzibati tənbeh verilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 03 may 2024-cü il tarixdən saat 12:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 03 may 2024-cü il tarixdən saat 12:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X4 X5 göndərilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-210/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-210/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver