Məhkəmə qərarları › İş №3(037)-216/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-216/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-216/2021 16.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Masallı rayonu, Zuvandlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, Babadağ küçəsi D-4, ev 1də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan 5880 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5910 manat məbləğinin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qətnaməsi ilə Şəxs 5880 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5910 manat məbləğinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə borclu olduğu məbləğdən 2490 manat ödəniş etsə də, qalan məbləği ödəməmişdir. Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra sənədi üzrə qalan borcunu ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu icra sənədi üzrə qalan borcunu ödəməmişdir. Məhkəməyə müraciət edildikdən sonra Şəxs icra sənədi üzrə borcundan 150 manat ödəniş etmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qətnaməsi ilə Şəxs 5880 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5910 manat məbləğinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə borclu olduğu məbləğdən 2490 manat ödəniş etsə də, qalan məbləği ödəməmişdir. Məhkəməyə müraciət edildikdən sonra Şəxs borcundan 150 manat ödəmiş, qalan borcunu isə hər ay üçün 150 manat olmaqla bir il ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən hazırda Şəxs ilə aralarında icra sənədi üzrə qalan borcun bir il ərzində hər ay üçün 150 manat ödənilməsinə dair qarşılıqlı razılaşma olduğundan ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qətnaməsi ilə ondan 5880 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5910 manat məbləğinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə olan borc məbləği əri Yusif Kamilovun tələbkar Zərərçəkmiş şəxs olan borcundan yaranmışdır. Əri Yusif Kamilov 22.06.2014-cü il tarixdə vəfat etmişdir. O, icra sənədi üzrə borclu olduğu məbləğin bir hissəsini ödəmişdir. Himayəsində iki övladı vardır və oğlu 2003-cü il təvəllüdlü Kamilli Vüsal Yusif oğlu SHXÇDX-nin İsmayıllı rayon Şöbəsi tərəfindən 12.04.2021-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş, qızı Kamilli Sevinc Yusif qızı isə Azərbaycan Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakultəsində QM 1901 qrupunda təhsil aldığından və özü işləmədiyindən son bir il ərzində borcunu ödəməmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, özü hazırda işə yeni düzəlmişdir və aldığı əmək haqqından hər ay 150 manat pulu vaxtlı-vaxtında tələbkar Zərərçəkmiş şəxs ödəyəcəkdir. Hazırda tələbkara borcundan 150 manat pul ödəyə bilər. Əgər vaxt verilərsə ödənilməmiş qalan borcunu hər ay üçün 150 manat olmaqla bir il ərzində hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan 24.06.2014-cü il tarixli AZ-İN 677055 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs əri X4 22.06.2014-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şəxs 5880 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5910 manat məbləğinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan 24.04.2019-cu il tarixli qəbzdən görünür ki, 24.04.2019-cu il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 2000 manat pul vermişdir. İşdə olan 27.05.2019-cu il tarixli qəbzdən görünür ki, 27.05.2019-cu il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 200 manat pul vermişdir. İşdə olan 28.06.2019-cu il tarixli qəbzdən görünür ki, 28.06.2019-cu il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 200 manat pul vermişdir. İşdə olan 30.07.2019-cu il tarixli qəbzdən görünür ki, 30.07.2019-cu il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 200 manat pul vermişdir. İşdə olan 06.02.2020-ci il tarixli qəbzdən görünür ki, 06.02.2020-ci il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 200 manat pul vermişdir. İşdə olan 16.07.2021-ci il tarixli qəbzdən görünür ki, 16.07.2021-ci il tarixdə Şəxs Şəki Apelyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli icra vərəqəsi üzrə borcundan Zərərçəkmiş şəxs 150 manat pul vermişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli 66 nömrəli məktubdan görünür ki, Şəxs oğlu 2003-cü il təvəllüdlü Kamilli Vüsal Yusif oğlu SHXÇDX-nin İsmayıllı rayon Şöbəsi tərəfindən 12.04.2021-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmişdir. İşdə olan 01.08.2023-cü il tarixədək etibarlı olan Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən verilmiş ********** 030,03138 nömrəli tələbə kartından görünür ki, Şəxs övladı Kamilli Sevinc Yusif qızı Azərbaycan Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakultəsində QM 1901 qrupunda təhsil alır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları, habelə tələbkarın və borclunun izahatı ilə müəyyən edilir ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, borcunun bir hissəsini ödəmiş, hazırda borcundan 150 manat pul ödəyəcəyi, qalan borcunu isə hər ay üçün 150 manat olmaqla hissə-hissə ödənilməsi barədə tələbkarla aralarında qarşılıqlı razılaşma olmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar