Məhkəmə qərarları › İş №3(037)-220/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-220/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-220/2023 15.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İsmayıllı rayonu Kürdmaşı kəndində Yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli 00100-00960/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı İsmayıllı rayonu Kürdmaşı kəndində "xxxx" MMC-nin adına İtaliya Respublikasından 33 DNL 88/33 AEH 519 nömrəli yük nəqliyyat vasitəsində, 34/00 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********9738 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən **********3328 sorğu nömrəli elektron qaydada qısa idxal bəyənnaməsi verilmiş, lakin həmin qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsinin düzgün göstərilmədiyi aşkar edilmişdir. Belə ki, "xxxx" MMC-nin ünvanına idxal edilən mallar ölkə ərazisinə faktiki olaraq 33DNL88/33AEH519 nömrəli yük nəqliyyat vasitəsində idxal edilsə də, qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsinin GC677YZ/XA049GK nömrəli olduğunun yazıldığı aşkar olunmuşdur. Bununla da, MMF-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXMnin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********3328 nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasından müəyyən edilir ki, malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi GC677YZ/XA049GK kimi bəyan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********9738 nömrəli gömrük bəyannaməsindən görünür ki, İtaliya Respublikasından yük göndərən “AMS Ferrari SRL” şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına ümumi dəyəri 71700 (yetmiş bir min yeddi yüz) ABŞ dolları təşkil edən 1550 kq çəkidə mallar 13 aprel 2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Həmin gömrük bəyannaməsinin 21-ci qrafasında göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 33DNL88/33AEH519 kimi qeyd edilmişdir. Göründüyü kimi, bəyannamədə göstərilən yüklər ölkə ərazisinə 33DNL88/33AEH519 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daxil olmuşdur. İş materiallarında olan 31 nömrəli CMR sənədindən müəyyən edilir ki, idxal ediləcək malların 33DNL88/33AEH519 nəqliyyat vasitəsilə daşınması bəyan edilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********9738 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən "xxxx" MMC tərəfindən **********3328 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi verilmiş, lakin həmin qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsinin düzgün göstərilmədiyi aşkar edilmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli sorğu-sual protokolundan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X4 verilən suala cavab olaraq göstərmişdir ki, "xxxx" MMC-nin adına İtaliya Respublikasından 33DNL88/33AEH519 nömrəli yük nəqliyyat vasitəsində, 34/00 nömrəli xx.xx.2023cü il tarixli invoys üzrə idxal edilən mallara dair əvvəlcədən **********3328 sorğu nömrəli elektron qaydada qısa idxal bəyənnaməsi verilmişdir. Belə ki, qısa idxal bəyənnaməsi göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən yazılıb. Lakin sonradan malları göndərən şirkət malları başqa yük nəqliyyat vasitəsi ilə göndərib və bu barədə "xxxx" MMC-yə məlumat verilmədiyinə görə qısa idxal bəyənnaməsindəki məlumatıarda uyğunsuzluq yaranmışdır. Gömrük qaydalarını pozduqlarını etiraf etmiş və gələcəkdə bir daha belə halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetdiyindən "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli **********9738 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC (VÖEN **********) adına İtaliya Respublikasından xx.xx.2023-cü il tarixli invoys sənədi ilə 33DNL88/33AEH519 nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmiş və **********9738 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən təqdim edilmiş **********3328 sorğu nömrəli qısa idxal bəyənnaməsində mallara dair məlumatların düzgün göstərilmişdir. Lakin "xxxx" MMC-nin ünvanına idxal edilən mallar ölkə ərazisinə faktiki olaraq 33DNL88/33AEH519 nömrəli nəqliyyat vasitəsi ilə daxil olsa da, qısa idxal bəyənnaməsində nəqliyyat vasitəsinin nömrəsinin GC677YZ/XA049GK nömrəli olduğunun yazıldığı aşkar olunmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən X2 Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC tərəfindən törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 250 (iki yüz əlli) manat məbləğində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən X3 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFT; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası İsmayıllı rayon İcra şöbəsinə həvalə edilsin və cərimə məbləği X3 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFT; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar