Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-221/2021 26.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə İsmayıllı şəhəri, R.Beybutov küçəsində yerləşən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs (bundan sonra MMC) 149000 (yüz qırx doqquz min) ABŞ dolları mələğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 may 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, əməliyyat aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 149000 (yüz qırx doqquz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyi, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığı üçün onun barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İnzibati protokola əlavə edilmiş "xxxx" ASC-nin 16.05.2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı məktubundan görünür ki, Paşa Bank” ASC tərəfindən avans ödəmələr üzrə 720 gün ərzində gömrük bəyannamələri, aktlar və ya pul vəsaitləri geri qaytarılmasını təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-yə təqdim etməyən şəxslərin siyahısını və aparılan əməliyyatları təsdiq edən sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunmuşdur. İnzibati protokola əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC-nə ünvanlanmış 04.06.2021-ci il tarixli “inzibati xəta haqqında icraata başlanacağı barədə” bildirişdən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-dəki bank hesabından 14.05.2019-cu il tarixində 149000 (yüz qırx doqquz min) ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 149000 (yüz qırx doqquz min) ABŞ dolları ilə əlaqədar köçürülmələrin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilmədiyindən əməldə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinin tərkib əlamətləri müşahidə edilir. Göstərilən faktla bağlı cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmasını istisna edən sübutlarınızın 17 iyun 2021-ci il tarixinədək təqdim edilmədiyi təqdirdə, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Beləliklə də məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-dəki bank hesabından 14.05.2019-cu il tarixində 149000 (yüz qırx doqquz min) ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 149000 (yüz qırx doqquz min) ABŞ dolları ilə əlaqədar köçürülmələrin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilməsi təklif və tələb olunmasına baxmayaraq Şəxs MMC qeyd edilən sənədləri dövlət orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin aparıcı mütəxəssisi X1 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı 17 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 149000 (yüz qırx doqquz min) ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 14.05.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsədə 149000 (yüz qırx doqquz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununlada, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: « qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası İXM-nin 430.4-nin maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəzanın tətbiq edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğini nəzərə alaraq valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 29800 (iyirmi doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki inzibati iş üzrə inzibati cərimə məbləği xarici valyuta ilə göstərildiyindən qərarda alınan məbləğin qərarın icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29800 (iyirmi doqquz min səkkiz) ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-221/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-221/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver