Məhkəmə qərarları › İş №3(037)-223/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-223/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-223/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, İsmayıllı Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(037)-489/2020 saylı icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Аzərbaycan Рespublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə böyük icra məmuru tərəfindən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(037)-489/2020 saylı qətnaməsi ilə cavabdeh Şəxs 3000 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda Şəxs cəmi borcu 1800 manat təşkil edir. Məhkəməyə müraciət edildikdən sonra Şəxs 1800 manat borcundan 100 manat ödəniş etmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən İsmayıllı Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(037)-489/2020 saylı qətnaməsi ilə ondan 3000 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli 3(037)-420/2020 saylı inzibati xəta haqqında qərarı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs olan 3000 manat borcundan 500 manat ödəniş etdiyindən barəsində olan inzibati materiala xitam verilmişdir. Zərərçəkmiş şəxs borcun hissə-hissə ödənilməsini təklif etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmır və borcunu bütöv tələb edir. İcra sənədində göstərilən pulu tələbkara verməli olduğunu bilir, sadəcə maddi imkanı yaxşı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Hazırda Zərərçəkmiş şəxs olan 1800 manat borcundan 100 manat ödəmiş, qalan borcunu isə yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Göndərilmiş məhkəmə bildirişinə baxmayaraq tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, teleqramma ilə məhkəməyə müraciət edərək, ikinci qrup əlil olduğundan səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, bu səbəbdən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və borclu Şəxs qalan 1800 manat borcun bütöv şəkildə tutulması barədə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(037)-489/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3000 manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli 3(037)-420/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, borclu Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs olan 3000 manat borcundan 500 manat ödəniş etdiyindən barəsində olan inzibati materiala xitam verilmişdir. İşdə olan 31.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 31.03.2021-ci il tarixdə Şəxs adından Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan 03.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 03.05.2021-ci il tarixdə Şəxs adından Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan 02.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 02.06.2021-ci il tarixdə Şəxs adından Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan 09.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 09.07.2021-ci il tarixdə Şəxs adından Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan 23.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 23.07.2021-ci il tarixdə Şəxs adından Zərərçəkmiş şəxs adına 100 manat məbləğində pul göndərilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs İsmayıllı Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(037)- 489/2020 saylı icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Belə ki, borclunun borcundan 1300 manat ödəməsi, qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz verməsi icra məmurunun qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bununla yanaşı borclu borcundan 1300 manat hissəsini ödəmişdir. Ona görə də borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında tələbkarın pulunu qaytarmağa etiraz etmədiyini bildirmiş, hətta borcundan 1300 manat ödəmiş, qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması, habelə həmin Qanunun 84-1-ci maddəsində isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təsbit edilmişdir. Belə olan halda isə, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar