Məhkəmə qərarları › İş №3(037)-223/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-223/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-223/2022 03.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, 10 avqust 1979-cu il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə İsmayıllı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 iyun 2022-ci tarixdə İsmayıllı rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini , polis – polkovnik leytenantı X6 tərəfindən X7 barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, X7 02 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 02 iyun 2022-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, Hacıhətəmli kəndində içkili vəziyyətdə yüksək səslə ünvansız nalayiq sözyüşlər etdiyinə görə polis əməkdaşları ona yaxınlaşıb vəsiqələrini təqdim etmiş və polis olduqlarını bildirərək, kənddə yüksək səslə nalayiq söyüş söyməsi ilə əlaqədar iradlarını bildirmişlər. O, polis əməkdaşlarına əhəmiyyət verməyib hərəkətlərinə, yəni nalayiq söyüşlər söyməyə davam etmişdir. Polis əməkdaşları ona polis idarəsinə getməyi təklif etdikdə o, getməməkdə israr etmiş, hərəkətinə davam etmiş, lakin bir neçə addımdan sonra polis əməkdaşları onu tutaraq polis idarəsinə aparmışlar. Hazırda əməlindən peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 göstərdi ki, X7 02 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X13 və X1 rayon Polis Şöbəsinin rəisinə verdikləri raporta uyğun izahat vermişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İsmayıllı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X14 raport yazaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kənd sakini 2015-ci il təvəllüdlü X8 qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən, həmin kənd sakini Şəxs polis şöbəsinbə dəvət etmək üçün getdikləri zaman ictimai yerdə sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozan şəxsə yaxınlaşıb, onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs hərəkətlərinə davam etmişdir. Bu zaman onlar həmin şəxsi onlarla Şöbəyə getməyi təklif etmiş, lakin o polisin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, hərəkətlərini davam etdirməyə cəhd göstərmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, məcburi qaydada Şöbəyə gətirilmişdir. Bu barədə qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında 03 iyun 2022-ci il tarixli, MN ******* saylı potokoldan görünür ki, X7 02 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, X2 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması onun özünün etirafı və şahidin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X2 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X7 02 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə X2 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 03 iyun 2022-ci il tarixdən saat 13:05dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 03 iyun 2022-ci il tarixdən saat 13:05-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar