Məhkəmə qərarları › İş №3(037)-224/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-224/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-224/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 30 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, boşandıqdan sonra uşaqların anası uşaqları onun yanında qoyaraq Bakı şəhərinə çıxıb getmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsində yaşamışdır. Böyük oğlu boşandıqdan həmişə onun himayəsində yaşamış və hərbi xidmətdə də özü yola salmışdır. Digər övladı isə 4-cü sinifə kimi onun yanında yaşamışdır. Böyük oğlunun mütəmadi, digər övladının isə bir müddət onun yanında yaşamasını məktəb müəllimləri və qonşuları təsdiq edə bilər. Bütün bunlarla bağlı əvvəlki icra məmuruna şifahi olaraq məlumat vermişdir. Ondan tələb olunan aliment məbləği ilə razı deyil. Tələbkara aliment borcu olsa da, 15000 manat deyil, daha az bir məbləğ təşkil edir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, uşaqların hər ikisini o saxlamışdır. Böyük oğlunu özü yığıncaq edərək hərbi xidmətə yola salmışdır. Uşaqlar ayda 3-5 gün atalarının yanında qalmışdır, lakin mütəmadi olaraq uşaqları onunla qalmış və onların maddi təminatını özü çəkmişdir. Sonuncu məhkəmə iclasında Zərərçəkmiş şəxs uşaqların bir müddət atalarının yanında qalmasını, həmin müddətin aliment borcundan silinməsinə razı olduğunu və bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edəcəyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 266/2014 saylı, 12 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 11 avqust 2014-cü il tarixdən başlayaraq hər ay Şəxs hər uşağa 60 (altmış) manat olmaqla cəmi 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq X3 qət edilmişdir, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-35-53/2- 46836/2025 saylı məktubundan görünür ki, Şəxs icra vərəqəsi üzrə 15000 (on beş min) manat məbləğində borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etmədiyi qeyd edilmişdir. Lakin Zərərçəkmiş şəxs məhkəmə iclasında uşaqların bir müddət atalarının yanında qalmasını, həmin müddətin aliment borcundan silinməsinə razı olduğunu və bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edəcəyini bildirmişdir. Göründüyü kimi hazırda icra məmuru tərəfindən qeyd olunan aliment borcu ilə bağlı mübahisə vardır. Lakin icra məmuru qeyd olunan halı tam araşdırmadan Şəxs barəsində protokol tərtib etmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını, aliment borcunun hansı miqdarda olmasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material İsmayıllı rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İsmayıllı Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar