Məhkəmə qərarları › İş №3(037)-225/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-225/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-225/2021 22.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X6 X8 inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər- İsmayıllı RİHB-nin İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühasibi X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, 07 avqust 1992-ci il tarixdə İsmayıllı rayonu, Topçu kəndində doğulmuş və həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 22 iyul 2021-ci il tarixdə saat 01:42 radələrində sərxoş vəziyyətdə idarə etdiyi BMV 320 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2102” markalı avtomobilə, həmin küçədə yerləşən 1 (bir) ədəd işıq dirəyinə vurması nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs3 maddi ziyan vurması faktı üzrə barəsində İsmayıllı rayon X6 X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.1 və 333.3-cü maddələri ilə 22 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 X8 inspektoru Bəhram Bəhramlı izahatında göstərdi ki, 22 iyul 2021-ci il tarixdə saat 01:42 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ərazidə olmuşdur. Araşdırma zamanı hadisənin törənməsində Şəxs təqsiri olması müəyyən olunmuşdur. Həmin vaxt yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bundan sonra onun barəsində müvafiq maddələrlə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 22 iyul 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi BMV 320 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlaya bilməyərək həmin avtomobilin arxa sol hissəsindən vuraraq hərəkətini davam etdirmiş və daha sonra həmin küçədə yerləşən işıq dirəyinə vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və işıq dirəyinə maddi ziyan dəymişdir. Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Həmin gün bir qədər spirtli içki qəbul etdiyindən yoxlama zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Vüsal Məmmədov izahat verərək göstərdi ki, 22 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu, Topçu kənd sakini Şəxs idarə etdiyi BMV 320 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən işıq dirəyinə dəyərək yarasız hala salmışdır. Hadisə nəticəsində şəhər təsərrüfatına 1635 manat miqdarında ziyan dəymişdir. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 izahat verərək göstərdi ki, 21 iyul 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi BMV markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin motor hissəsində nasazlıq olduğu üçün İsmayıllı rayonu Topçu kəndində yerləşən avto-təmir məntəqəsində Toğrul adlı şəxsə təmir etməsi üçün vermişdir. Şəxs avtomobilin təmirinin bir gün vaxt aparacağını bildirdiyi üçün o, avtomobili orada saxlamalı olmuşdur. Sonradan Şəxs ona məlumat vermədən avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilə maddi ziyan dəymişdir. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, 22 iyul 2021-ci il tarixdə saat 01:42 radələrində idarə etdiyi “VAZ-2107” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında dayanmış və bu zaman arxadan gələn BMV markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilinə maddi ziyan dəymişdir. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.07.2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə BMV 320 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.1 və 333.3-cü maddələri ilə 22.07.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 317 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 iyul 2021-ci il tarixdə saat 01:35-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş vəziyyətdə (alkoqolun miqdarı 0,407 %) olduğu müəyyən edilmişdir. 07 mart 2020-ci il tarixdə verilmiş AF 230001 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. X5 Servis Mərkəzinin 22 iyul 2021-ci il tarixli arayışında “VAZ-21074” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 420 (dörd yüz iyirmi) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 22 iyul 2021-ci il tarixli 131 nömrəli məktubundan görünür ki, Şəxs idarə etdiyi ** NX *** dövlət qeydiyyat nişanlı BMW markalı minik avtomobili ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində işıq dirəyinə dəyərək yararsız hala salmış və nəticədə şəhər təsərrüfatına 1635 (bir min altı yüz otuz beş) manat ziyan dəymişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə BMV 320 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və nümayəndənin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılmasına gəlincə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sözügedən maddələr üzrə inzibati işlərə baxılması məhkəmənin aidiyyəti olmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X6 X10 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X6 X10 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar