Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-225/2023 08.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 21-də qeydiyyatda olmaqla Abşeron rayonu Goradiz kəndində kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 08 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhəri, M.İbrahimov küçəsində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı üzrə İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı Qoşqar Aslanlının 18 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 08 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, 22 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs gəlini Şəxs və qudası Sənubər Əliyeva tərəfindən döyülməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. 22 mart 2023-cü il tarixdə atası Hüseyn Əliyev və anası Sənubər Əliyeva ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Həmin vaxt orada aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt anası Rəbiyənin qolundan dişləmişdir. Hazırda Rəbiyə onu bağışlamış və onlar barışmışlar. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evdə gəlini Şəxs və qdası Sənubər Əliyeva ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sənubər onun qolundan dişləmiş, Nərmin isə yumruqla onu vurmuşdur. Hazırda o, Nərmini bağışlamış və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tibbi ekspertizasının 29 mart 2023-cü il tarixli, 133 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sol saidin səthi yarası, sol əlin İİ barmağın dırnağın uc hissəsinin zədələnməsi və qansızması küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə töərnməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı Qoşqar Aslanlının 18 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhərində qaynanası Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-225/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-225/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver