Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-229/2023 11.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, 05 avqust 1970-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsinə əsasən 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 03 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X4 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 37442 (otuz yeddi min dörd yüz qırx iki) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına İsmayıllı rayonu Talıstan kəndi ərazisində 0,09 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Ötən müddət ərzində həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş və borcun ödənilməsi üçün həmin torpaq sahəsi 15000 (on beş min) manat məbləğində qiymətləndirilərək tələbkar Əliyeva (Abbasova) Məlahət Kamil qızına təklif olunmuşdur. Lakin tələbkar həmin torpaq sahəsini qəbul etməmişdir. Bundan sonra torpaq sahəsi hərraca çıxarılmış, lakin satılmadığı üçün yenidən tələbkara təklif edilmişdir. Tələbkar yenidən torpaq sahəsini qəbul etməmişdir. Hazırki günədək onun 37442 (otuz yeddi min dörd yüz qırx iki) manat ödənilməmiş borcu qalmışdır. Şəxs 30 may 2019-cu il tarixdə cinayət məsuliyyətinə cəlb olunarkən onun tələbkara 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcu olmuşdur və məhkəmənin həmin tarixli hökmü ilə o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs cinayət məsuliyyətinə cəlb olunduqdan sonra da, icra vərəqəsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış və icra vərəqəsini tam şəkildə icra etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir və maddi imkanı ağırdır. 2019-cu il tarixdə tələbkara 7548 (yeddi min beş yüz qırx səkkiz) manat borcu olmuş və bununla bağlı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həbsdə olduğu müddətdə də, aliment borcu yığılmışdır. Həbsdən çıxdıqdan sonra maddi imkanı daxilində ödənişlər etmişdir. Bundan başqa Talıstan kəndində 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Həbsdən çıxdıqdan sonra həmin torpaq sahəsinin sataraq tələbkara olan borcunu ödəmək məqsədi ilə, torpaq sahəsinin sənədlərini hazırlamış və adına çıxarış almışdır. Həmin torpaq sahəsini tələbkara verməyə hazırdır və lakin tələbkar torpaq sahəsini istəmir. Həmin aliment məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Hər ay maddi imkanı daxilində ödənişlər edəcəkdir. Borcun bir hissəsinin ödənilməsi üçün torpaq sahəsini tələbkar yenidən təklif edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Əliyeva (Abbasova) Məlahət Kamil qızı hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsindən görünür ki, 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 03 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X4 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(037)-01/2019 saylı hökmündən görünür ki, Şəxs tələbkar Məlahət Abbasova olan 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcunu ödəməkdən yayınmaqla, məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 3(037)-93/2022 saylı qərarından görünür ki, Şəxs tələbkar Məlahət Abbasova olan 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcunu ödəməkdən yayınmaqla, məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş elektron kartoçka çıxarışından görünür ki, Şəxs adına İsmayıllı rayonu Talıstan kəndində ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 13 dekabr 2022-ci il tarixli 55/22 nömrəli hərracın baş tutmamasına dair yekun protokoldan görünür ki, Şəxs məxsus İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,09 ha torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi 28 oktyabr 2022-ci il tarixə saat 11:00-a, 14 noyabr 2022-ci il tarixə saat 11:00-a və 13 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin edilsə də, hərracın keçirilməsi baş tutmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 13 dekabr 2022-ci il tarixli 2522/22 nömrəli məktubundan görünür ki, əmlakın tələbkara təklif olunmasının təmin edilməsi üçün hərracın baş tutmamasına dair yekun protokol tərəflərə göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs aliment borcundan 20 sentyabr 2022-ci il tarixdən 08 may 2023-cü il tarixədək 950 (doqquz yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs ödənilməsini təmin etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsinə əsasən 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 03 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X4 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs 2019-cu il tarixdə 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2022-ci il tarixdə isə tələbkara olan 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi Şəxs yaranmış borcu ilə bağlı həm inzibati həm də, cinayət məsuliyyətinə cəlb olunmuş və həbsdə olduğu müddətdə aliment borcu daha da artmışdır. İş materiallarından göründüyü kimi Şəxs həbsdən çıxdıqdan sonra İsmayıllı rayonu Talıstan kəndi ərazisində 0,09 hektar torpaq sahəsinə çıxarış almışdır. Həmin torpaq sahəsi hərraca çıxarılmamışdan öncə və hərraca çıxarıldıqdan sonra da tələbkar Zərərçəkmiş şəxs təklif olunmuşdur. Lakin Zərərçəkmiş şəxs həmin torpaq sahəsini qəbul etməmişdir. Şəxs məhkəmə iclasında həmin torpaq sahəsinin borcun ödənilməsi üçün tələbkar Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsinə hazır olduğunu bildirmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs aliment borcundan 20 sentyabr 2022-ci il tarixdən 08 may 2023-cü il tarixədək 950 (doqquz yüz əlli) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsini təmin etmişdir. Bütün bunlar Şəxs qətnamələrin icrasından qərəzəli olaraq boyun qaçırmamasına əsas verir. Şəxs yenidən inzibati qaydada həbs olunması onun icra vərəqəsinin icrasını təmin etməsində çətinlik yaradacaqdır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-229/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-229/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver