Məhkəmə qərarları › İş №3(037)-232/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-232/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-232/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və müdafiəçisi Vəkil iştirakı ilə xx xxxxxx 1957-ci il tarixdə Oğuz rayonu Astarxanovka kəndində anadan olmuş, İsmayıllı rayonu İvanovka kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx X6 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin mərkəzində Şahid3 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 23 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Boris Yadigin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahatında göstərdi ki, Boris Yadiginin 22 iyul 2021-ci il tarixdə İvanovka kəndinin mərkəzində Şahid3 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı ilə bağlı araşdırma aparılmış və əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olduğundan həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 bildirdi ki, İsmayıllı rayonu İvanovka kəndində yaşayır. 22 iyul 2021-ci il tarixdə həmkəndliləri Vasiliy, Viktor və oğlu Timofeylə birlikdə sahədən gələrkən kəndin mərkəzində “Real TV”nin işçilərinin video çəkiliş etdiyini görmüşdür. Onlar kolxozda qeyri-qanuni işlərin getməsi və yeyinti hallarının olması ilə bağlı müsahibə vermək istəmişlər. Əməkdaşlara yaxınlaşaraq müsahibə vermək istədiklərini demiş və əməkdaşlar onlara sifarişlə gəldiklərini bildirərək çəkilişə razı olmamışlar. Həmin vaxt yaxınlıqda mağaza işlədən Şahid3 çəkilişə mane olduqlarını bildirirək onlarla mübahisə etməyə başlamışdır. Bir qədər sonra həmkəndliləri ilə birlikdə oradan uzaqlaşmışdır. Sonradn onlara məlum olmuşdur ki, Valentina onların barəsində rayon polis şöbəsinə şikayət etmişdir. O, barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, həmin vaxt Valentina ilə mübahisə etsə də heç bir nalayiq ifadələr işlətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahat verərək göstərdi ki, İvanovka kəndində yaşayır və kəndin mərkəzində icarəyə götürdüyü ərzaq mağazasını işlədir. 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində mağazanın qarşısında “Real TV”nin əməkdaşları ondan kolxozda gedən işlər barədə müsahibə verməsini xahiş etmişlər. O, razılaşaraq müsahibə verərkən həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris uzaqdan müsahibə verdiyini görərək onlara yaxınlaşmışdır. Həmin şəxslər təkidlə müsahibə vermək istədiklərini bildirdikdə əməkdaşlar buna razı olmamışlar. O, da bu barədə öz həmkəndlilərinə etirazını bildirmişdir. Bu zaman Boris və Vasiliy onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlədib çəkilişin gedişinə maneçilik törətmişlər. Həmin hadisə bir neçə dəqiqə davam etmişdir. Onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlədən Borislə Vasiliy olmuşdur. Timofey isə müsahibə vermək istədiyini bildirsə də səs-küy salmamış və onunla mübahisə etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, o, İvanovka kənd “Nikitin” adına kolxozun fermasında işləyir. Yaşadığı evin qarşısında yerləşən ərzaq mağazasını Şahid3 icarəyə vermişdir. 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evin qarşısında “Real TV”nin əməkdaşları Şahid3 müsahibə götürürdülər. Həmin vaxt həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris oraya yaxınlaşaraq əməkdaşlara müsahibə vermək istədiklərini bildirmişlər. Əməkdaşlar buna razı olmamışlar. Bu zaman Boris və Vasiliyin Valentina ilə uca səslə mübahisə edərək çəkilişin gedişinə maneçilik törətmələrinə şahid olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, İvanovka kənd “Nikitin” adına kolxozda sürücü işləyir. 22 iyul 2021-ci il “Real TV”nin əməkdaşları Şahid3 müsahibə götürürdülər. Bir qədər sonra oraya həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris oraya yaxınlaşmışlar. Həmin vaxt orada müsabahisənin baş verdiyini görsə də bir qədər uzaqda olduğundan mübahisənin nədən baş verdiyini eşitməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X6 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin mərkəzində “Real TV”-yə müsahibə verən Şahid3 ilə mübahisə etmiş və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini və vəkilin fikrini dinləyərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, X4 törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. X6 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X6 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 50 (əlli) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar