Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-236/2025 10.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Xanagah kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 10 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, icraatında olan İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi üzrə Şəxs cehiz əmlakının Zərərçəkmiş şəxs verilməsini icra etməkdədir. Lakin icra vərəqəsi üzrə 29350 (iyirmi doqquz min üç yüz əlli) manat borcun ödənilməsini Şəxs hazırki günədək icra etmir və həmin borcdan heç bir məbləğdə ödəniş etməmişdir. Ondan borc məbləği tələb olunduqda aliment məbləğindən ödəniş etdiyi üçün maddi imkanının olmadığını əsas gətirmişdir. Bundan başqa Şəxs həmin borcun əvəzinə bir neçə ay ərzində tələbkar Zərərçəkmiş şəxs yaşayış evi alacağını bildirmişdir. Tələbkar bununla razılaşmamış və borc məbləğini tələb etmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla protokola baxılaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun icra vərəqəsinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Hazırda hər ay aliment məbləğindən ödəniş etdiyi üçün hazırki icra vərəqəsi üzrə borcundan ödəniş edə bilmir. Buna baxmayaraq 31 dekabr 2025-ci il tarixədək tələbkara həmin borcun əvəzinə İsmayıllı şəhərindən ev alıb verəcəkdir və bununla bağlı aralarında razılıq olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, hazırda Şəxslə razılığa gəlmişdir. Həmin razılığa əsasən Rais 2025-ci ilin dekabr ayının sonunadək həmin borcun əvəzinə İsmayıllı şəhəri ərazisindən ona ev alıb verəcəkdir. Hazırda Şəxs qarşı tələb və şikayəti yoxdur. Ona görə də, işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 26 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisindən alınmış 0,03 hektar həyətyanı torpaq sahəsinin dəyəri 10500 manat və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və digər tikintilərin (hasar, darvaza və quraqlıq) tikilməsinə çəkilmiş 48200 manat, cəmi 58700 manat məbləğinin yarısı – 29350 (iyirmi doqquz min üç yüz əlli) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraat başlanmış və tələbin könüllü icrası haqqında bildirişlər icraata başlamaq haqqında qərarla birlikdə Şəxs tərəfindən imzalanmaqla rəsmi qaydada əldə edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra vərəqəsi üzrə 29350 (iyirmi doqquz min üç yüz əlli) manat məbləğində borcun ödənilməsini təmin etməməklə icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. Zərərçəkmiş şəxs 10 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, borcun əvəzi kimi 31 dekabr 2025-ci il tarixədək Şəxs ona İsmayıllı şəhəri ərazisindən ev alacağı ilə bağlı razılığa gəldiyi üçün, Şəxs qarşı tələb və şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs 10 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, borcun əvəzi kimi 31 dekabr 2025-ci il tarixədək İsmayıllı şəhəri ərazisindən Zərərçəkmiş şəxs ev alacağı ilə bağlı onunla razılığa gəlmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs borcun ödənilməsi ilə bağlı Şəxslə şifahi razılığa gəlmiş və ona qarşı tələb və şikayətinin olmadığı, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-236/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-236/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver