Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-240/2022 06.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 X9 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 05 may 1996-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 25-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Məhəmməd oğlunun 05 iyun 2022-ci il tarixdə sat 13:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet Cruze” markalı ** XY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə edərkən “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşması, daha sonra yolun kənarında dayanmış “VAZ-21099” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, bununla da Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobillərə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə 05 iyun 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 X9 inspektoru X4 izahatında göstərdi ki, Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər üç avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 05 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində tanışı Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet Cruze” markalı ** XY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində üç avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı razılığa gəlmişdir. Belə ki, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Digər zərərçəkmişlərə dəymiş ziyanı isə bir neçə günə tam şəkildə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 izahat verək göstərdi ki, avtomobilinə dəymiş ziyanla bağlı Şəxsla qarşılıqlı razılığa gəlmişdir. Yusifə qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, avtomobilinə 1400 (min dörd yüz) manat miqdarında ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Şəxsla razılığa gəlmişdir. Yusifə qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs qarşı tələb və şikayətinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “X5 Servis Mərkəzi”nin 06 iyun 2022-ci il tarixli arayışında “Chevrolet Cruze” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1650-1850 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “X5 Servis Mərkəzi”nin 06 iyun 2022-ci il tarixli arayışında “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500-1600 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “X5 Servis Mərkəzi”nin 06 iyun 2022-ci il tarixli arayışında “VAZ-21099” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 80-100 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Məhəmməd oğlu 05 iyun 2022-ci il tarixdə sat 13:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet Cruze” markalı ** XY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə edərkən “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuş, daha sonra yolun kənarında dayanmış “VAZ-21099” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Bununla da Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bununla da X3 və X2 məxsus avtomobilə maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs Məhəmməd oğlu barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs Məhəmməd oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-240/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-240/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver