Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-241/2025 01.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1961-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı Rayonu Balik kəndində yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 iyun 2025-ci il il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasının vaxtı və yeri barədə İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Məcəllənin 112.1.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bacanağı Yusif Əzizova özünə məxsus bir baş at heyvanını saxlamaq üçün ona vermişdir. Həmin at heyvanı xəbəri olmadan magistral yola çıxmış və avtomobil həmin atı vurmuşdur. Atın vurulduğu ərazidən 50-100 metr qarşıda malqaranın keçməsi ilə bağlı yol nişanı olmuşdur. Həmin vaxt orada olmamış və atın kimin tərəfindən vurulduğunu bilməmişdir. Kəndin bütün mal-qarası həmin ərazilərdə otlayır. Maddi imkanı ağırdır. Ona görə də, qarşı tərəfə dəymiş maddi ziyanı ödəyə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2 ilə yaxındır işlədiyi müəssisəyə həmin yoldan istifadə edərək gedib-gəlir. Həmin gün yoldaşı ilə birlikdə idarə etdiyi avtomobilnən Balik kəndi yolunda saatda 60 km sürətlə hərəkətdə olarkən, uzaqdan at sürüsünün yolda olduğunu görmüş və avtomobili saxlamalı olmuşdur. Bir qədər sonra atalar yoldan çıxmış və o, hərəkətini davam etdirmişdir. Lakin atlar dalaşaraq yenidən yola çıxmış və atlardan biri onun idarə etdiyi avtomobilə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanı qarşı tərəfdən tələb etməmişdir. Hazırda da, qarşı tərəfin ona qarşı hərhansı şikayəti və tələbi olmazsa onun da. heç bir tələb və şikayəti olmayacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “X3 Servis Mərkəzinin” tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 012 nömrəli qüsur aktında “VAZ-21099” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə 447 (dörd yüz qırx yeddi) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. İsmayıllı rayon X1 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 30 aprel 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin DYPB YNH baş inspektoru polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 08 aprel 2025-ci il tarixdə 08:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Balik kəndindən keçən hissəsində Şəxs bir baş at heyvanını magistral yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21099” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Belə ki, Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 338.5--ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və malqara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni - 338.5.1. malqaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə səksən manat məbləğində cərimə edilir. Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-241/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-241/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver