Məhkəmə qərarları › İş №3(037)-247/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-247/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-247/2025 15.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayıllı Su X1 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İsmayıllı Su X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına İsmayıllı Su X1 İdarəsinin Məcəllənin 539.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Su X1 İdarəsinə xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-49663/2025 saylı göstəriş xarakterli məktub göndərilmiş, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən icra edilməmişdir. X14 X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X6 bildirdi ki, İsmayıllı Su X1 İdarəsi tərəfindən vətəndaş X4 ödənilməli olan ödənişlər verilmiş və bundan sonra vətəndaş şöbəyə gələrək müraciətinin təmin olunduğunu bildirirək öz minnətdarlığını bildirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayıllı Su X1 İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən idarəyə xx.xx.2025-ci il tarixli icrası məcburi göstəriş göndərilərək vəfat etmiş şəxsin həyat yoldaşına görə müavinət ödənilməlidir. Həmin məktuba cavab yazılaraq idarənin ləğv olunduğunu və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə birləşdiyi bildirilmişdir. Bu səbəbdən həmin ödənişin təmin olunması mümkün olmamışdır. Hazırda vətəndaşa 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər olan müddət ərzində ödənilməli olan 1548 (min beş yüz qırx səkkiz) manat məbləği tam şəkildə ödənilmişdir. Həmin ödənişin geçikməsinə səbəb olan amillərdən biri də, baş idarə ilə aparılan yazışmalar olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Su X1 İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-49663/2025 saylı göstərişin icra olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verilməsi istənilmişdir. Əmək haqqı köçürməsi barədə ödəniş tapşırığından görünür ki, X5 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər olan əmək haqları hesablanıb ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayıllı Su X1 İdarəsinin hərəkətlərində Məcəllənin 539.1-1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə İsmayıllı Su X1 İdarəsinin əməlində Məcəllənin 539.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər olan əmək haqları hesablanıb ödənilməsi təmin edilmiş, xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-49663/2025 saylı göstəriş icra olunmuşdur. Məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair İsmayıllı Su X1 İdarəsinin əməlində Məcəllənin 539.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair İsmayıllı Su X1 İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar