Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-248/2025 15.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Qida X2 X9 nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə İsmayıllı rayonu Zeyvə kəndində anadan olmuş,həmin kənddə yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Qida X5 X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 544.1-ci maddəsi tələbinin pozulması ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında materiala 15avqust 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikasının Qida X1 Dağlıq X12ndən daxil olmuş 10 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 07-10 iyul 2025-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində yerləşən ət satışı mağazasında aparılan planlı yoxlama zamanı istehlakçıların hüquqlarının müdafiəsini və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsi məqsədilə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmasına vəzifəli şəxs Şəxs tərəfindən şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X11 məhkəmə iclasında izahatında göstərdi ki, vəzifəli şəxs Şəxs məxsus ət satışı mağazasında üç gün müddətində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Planlı yoxlamanın keçirilməsi ilə bağlı qərar Şəxs rəsmi qaydada göndərilmişdir. Lakin həmin qərarın Şəxs çatması ilə bağlı hər hansı sənəd təqdim edə bilmir. Həmin obyektə yoxlama aparmaq istəyərkən Şəxs yoxlamanın aparılmasına şərait yaratmamışdır. Bununla bağlı akt tərtib olunmuşdur. 10 iyul tarixində yenidən Şəxs yoxlamanın aparılması ilə bağlı qanuni sənədləri təqdim edilmiş, buna baxmayaraq o, yenidən yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Bununla bağlı Şəxs barəsində Məcəllənin 544.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X6 izahatında göstərdi ki, özü İİ Qarabağ müharibəsi qazisidir. Onlara yoxlamanın keçirilməsi ilə bağlı məlumatın gəlib-gəlməməsini bilmir. Yoxlama heç bir əsas olmadan aparılmışdır. Ət mağazasını özü işlədir. Atasının həmin mağazaya heç bir aidiyyəti yoxdur. Yoxlama aparılarkən özü Bakı şəhərində müalicədə olduğu üçün yoxlamanın aparılmasına icazə verilməmişdir. Onun tək gəlir yeri həmin mağazadır. Hesab edir ki, əməkdaşlar tərəfindən həyata keçirilən yoxlamaya şərait yaratmaq üçün atası məsul şəxs deyil, ona görə də inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 iyun 2025-ci il tarixli, KY ********* nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Bizlan kəndi, Muğanlı-İsmayıllı yolunun 14-cü km-də Şəxs işlətdiyi ət satışı mağazasında 07-10iyul 2025-ci il tarixlərdə plan üzrə yoxlama aparılmasına dair icazə verilmişdir. Azərbaycan Respublikası Qida X5 X9 21 iyun 2025-ci il tarixli, ŞYQ-25/166 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, İsmayıllı rayonu Bizlan kəndi, Muğanlı-İsmayıllı yolunun 14-cü km-də Şəxs işlətdiyi ət satışı mağazasında (yoxlama obyekti Y130664) 07-10 iyul 2025-ci il tarixlərdə planlı yoxlama aparılması qərar alınmışdır. Azərbaycan Respublikası Qida X5 X9 aparıcı məsləhətçisi X8 və X11 tərəfindən tərtib edilmiş 07 və 10 avqust 2025-ci il tarixli aktlardan görünür ki, Şəxs planlı yoxlamanın aparılması üçün zəruri şərait yaratmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 2023-cü il 6 iyul tarixli 967-VİQD nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Həmin Qanunun 17.3-cü maddəsinin tələbinə əsasən görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Sözügedən Qanunun 20.1-ci və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs məxsus ticarət obyektinə Qida X2 X12 tərəfindən planlı yoxlamanın keçirilməsinə dair lazımi qaydada məlumat verilməmiş və bu barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, həmçinin protokolu tərtib etmiş orqanın nümayəndəsi də, məhkəmə iclasında bununla bağlı hər sübut tədim edə bilməmişdir. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Hazırkı iş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında tərtib edilmiş protokol vəzifəli şəxs (sahibkar) barəsində tərtib olunsa da, Şəxs vəzifəli şəxs olmasını təsdiq edən (sahibkarlıq fəaliyyəti ilə bağlı lazımı araşdırma aparılmadan) hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda protokol tərtib etmiş orqan vəzifəli şəxs (sahibkar) kimi qeyd etdiyi, lakin sahibkarlıq fəaliyyətinin dayandırılıbdayandırılmamasını yoxlamadan (bu barədə araşdırma aparmadan) Şəxs barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə araşdırması nəticəsində (Elektron Məhkəmə İnformasiya Sisteminin imkanlarından istifadə edilməklə) müəyyən edilmişdir ki, Şəxs nun sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Beləliklə, yoxlama aparılan dövrdə (07 və 10 iyul 2025-ci il tarixlərdə) Şəxs artıq vəzifəli şəxs statusunda olmamışdır. Göstərilən hallar isə Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını istisna etməklə (vəzifəli şəxs olmasını), sözügedən şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını ehtiva edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs olmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Məcəllənin 544.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Məcəllənin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-248/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-248/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver