Məhkəmə qərarları › İş №3(037)-25/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-25/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-25/2021 29.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 nümayəndəsi X3 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İsmayıllı rayonu Aşağı Zərnava kənd sakini X6 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 rəisi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Fəraiz Poladov şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayonu Aşağı Zərnava kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Qubaxəlilli kəndində yaşayan dostu Marif Rasulovla birlikdə qonşu kənddə yaşayan digər dostu Ayazın evinə qonaq getmək istəmişlər. Avtomobilləri olmadığı üçün həmin kəndə piyada getməli olmuşlar. Kəndə gedən yol çöl sahəsindən ibarət olduğundan özü ilə babasından yadigar qalan tüfəngi də götürmüşdür. Keşqur kəndinə çatdıqda üzərində açıq vəziyyətdə tüfəng olduğuna görə 6 saylı Regional Ekologiya və X4 əməkdaşları onlara yaxınlaşaraq, tüfəngə aid sənədlərinin olub-olmamasını soruşmuşlar. Onda olan tüfəngin müvafiq sənədləri olmadığı üçün əməkdaşlar tüfəngi ondan təhvil almış və onun ov etmə qaydalarını pozmasını əsas gətirərək barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişlər. O, əməkdaşlara etiraz edərək ov qaydalarını pozmadığını və ova getmək fikrinin olmadığını bildirmişdir. Əməkdaşlar tüfəngi ondan alaraq heç bir sənədləşmə aparmadan oradan uzaqlaşaraq getmişlər. xx xxxxxx 2020-ci il tarixdə 6 saylı Regional Ekologiya və X7 gedərək idarənin rəisi ilə görüşmüş və rəis ov qaydalarını pozduqları üçün barələrində protokol tərtib olunduğunu bildirmişdir. O, həmin protokolun surətinin ona verilməsini tələb etmiş və idarənin rəisi protokolun poçt vasitəsi ilə ünvanlarına göndəriləcəyini bildirmişdir. Buna baxmayaraq həmin protokolun surəti ona göndərilməmişdir. Həmin protokol əsasında qəbul olunmuş qərarın da surəti ona təqdim olunmamış, yalnız bir neçə gün sonra özü idarəyə yaxınlaşaraq həmin qərarı əldə etmişdir. Həmin qərarla o, 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin vaxt ov qaydalarını pozmamış, heç bir ov etməmişdir. Ekologiyanın əməkdaşları onu kəndin içərisində saxlamış, ov ərazisində olmamış, həmin vaxt onlarda ov heyvanının cəsədi olmamışdır. Onun ov etməsi barədə sübut olmadığı halda inzibati qaydada cərimə olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X11 Tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 nümayəndəsi X8 hazırki iş üzrə Fəraiz Poladovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, X1vericiliyinin tələblərinə riayət olunmasını yoxlama məqsədi ilə xidməti ərazidə reyd keçirilmişdir. Reyd zamanı İsmayıllı rayonu Keşqurd kəndi ərazisində üzərində ov silahı və yanlarında 1 (bir) baş ov tulası olan üç nəfər şəxs saxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər İsmayıllı rayon sakinləri Fəraiz Poladov, Marif Rasulov və Ağsu rayon sakini Ramin Rüstəmovdur. Vətəndaşlarla söhbət zamanı onlar ovdan gəldiklərini bildirmişlər. Həmin şəxslərdən ov etmək üçün icazə sənədləri tələb edilmiş və məlum olmuşdur ki, həmin şəxslərin ov etmək üçün müvafiq sənədləri yoxdur. Bundan sonra həmin şəxslərə barələrində qanuna müvafiq tədbir görülməsi üçün üzərlərində olan ov tüfənglərinin onlardan götürüləcəyi bildirilmişdir. Bu zaman Ağsu rayon sakini Ramin Rüstəmov kimləsə telefon əlaqəsi saxladıqdan sonra ağ rəngli “Niva” markalı avtomobil onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt özünü Alı kimi təqdim edən avtomobilin sürücüsü Ramin Rüstəmovu və onun yanında olan bir baş ov tulasını avtomobilə mindirərək oradan uzaqlaşmışdır. Bununla bağlı həmin şəxs barəsində Ağsu rayon Polis Şöbəsinə məlumat verilmişdir. Bundan sonra Fəraiz Poladov və Marif Rasulov barəsində qanuna müvafiq tədbir görülənə kimi ov tüfəngləri onlardan götürülmüşdür. Həmin şəxslərlə söhbət aparılarkən onlar ovdan gəldiklərini bildirsələr də izahatlarında gəzməyə getdiklərini bildirmişlər. Ona görə də Fəraiz Poladov barəsində xx xxxxxx 2020-ci il tarixli 63641 saylı akt və xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola baxılması vaxtı və yeri barədə Fəraiz Poladova rəsmi məlumat verilmişdir. xx xxxxxx 2021-ci il tarixdə həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X11 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Fəraiz Poladov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən 1000 (bir min) manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Ona görə də Fəraiz Poladovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla Fəraiz Poladovun şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Küşqurd kəndi ərazisində ov qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli 1298 nömrəli məktubdan görünür ki, tərtib olunmuş protokola baxılması üçün X6 xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X7 dəvət olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 rəisi tərəfindən qəbul olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X6 xx xxxxxx 2020ci il tarixdə ov qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Fəraiz Poladov protokola imza etməmiş, protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış və protokol tərtib edildikdə ona məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qanunun tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi ilə bağlı inzibati işlərə məhkəmə tərəfindən baxılır. İş materiallarında Fəraiz Poladovdan götürülmüş tüfəngə dair münasibətdə hər hansı qərar qəbul edilməsi barədə məlum yoxdur. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, 6 saylı Regional Ekologiya və X4 əməkdaşları tərəfindən araşdırma aparılarkən X5 rayonu Keşqurd kəndi ərazisində ov qaydalarını pozması aşkar edilmişdir. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixli 63641 saylı akt və xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin akt və inzibati xəta haqqında protokol əsasında Fəraiz Poladov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 rəisi tərəfindən qəbul olunmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. X14 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin vaxt ov qaydalarını pozmamasını, heç bir ov etməməsini, idarənin əməkdaşlarının onu kəndin içərisində saxlamasını, ov ərazisində olmamasını və həmin vaxt onlarda ov heyvanı cəsədinin olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi Fəraiz Poladovun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X11 tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X11 ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilibedilməməsini, ovlanmış ov obyektinin olub-olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olub-olmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Fəraiz Poladovu inzibati məsuliyyətə cəlb etmişdir. X10 kəndi ərazisində ov tüfəngi ilə saxlanılması onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. Qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X11 məhkəməyə Fəraiz Poladovun ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X12 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X12 oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilsin. X12 oğlunun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar