Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-252/2022 22.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Masallı rayonunda anadan olmuş, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yaşayan, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 09 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndi yolunda Şəxs bir baş inək malını yolda nəzarətsiz qoyması, İsmayıllı rayon Polis Şöbəsinin balansında olan X1 idarə etdiyi “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin inək malını vurması, nəticədə “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon X5 X7 yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yaşayır. 09 iyun 2022-ci il tarixdə təsərrüfatında olan inəkləri saat 21:00 radələrində gecənin qaranlıq vaxtı yoldan keçirərkən, bir baş inək malı yolda qalmış və gələn avtomobil həmin malı vurmuşdur. Hadisə nəticəsində heyvanı tələf olmuş və İsmayıllı rayon Polis Şöbəsinin xidməti avtomobilinə maddi ziyan dəymişdir. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, hadisənin törənməsində onun təqsiri olması göstərilsə də, Fərman Nuraliyevin hadisə zamanı avtomobili hansı sürətdə idarə etməsi, hadisədən yayınmağa imkanının olub-olmaması araşdırılmamışdır. Çünki hadisə yaşayış məntəqəsi olan ərazidə baş vermişdir. Avtomobilə dəymiş ziyanı ödəmək iqtidarında deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “X3 Servis Mərkəzi” tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli qüsur aktından görünür ki, “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə 475 (dörd yüz yetmiş beş) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 09 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndi yolunda Şəxs bir baş inək malını yolda nəzarətsiz qoymuş, İsmayıllı rayon Polis Şöbəsinin balansında olan X2 idarə etdiyi “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin inək malını vurmuşdur. Nəticədə “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsi ərazisində baş vermiş, “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması, avtomobili hansı sürətdə idarə etməsi yol patrul xidməti inspektoru tərəfindən tam araşdırılmamışdır. Ona görə də, sözügedən yol nəqliyyat hadisəsi zamanı “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində də “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olubolmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə İsmayıllı rayon Polis Şöbəsinin balansında olan X2 idarə etdiyi “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində də “X6” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olubolmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilsin. İsmayıllı rayon Polis Şöbəsinin balansında olan X2 idarə etdiyi “Ford Connect” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-252/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-252/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver