Məhkəmə qərarları › İş №3(037)-255/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-255/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-255/2021 20.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1972-ci il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 20 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 15 iyul 2021-ci il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs evinin həyətindəki 10 metrlik elektrik kabelini kəsməklə sonuncuya 12 (on iki) manat dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 23 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 11 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu İstisu kəndində yaşayır. Qonşusu Zərərçəkmiş şəxsla bir neçə vaxtdır mübahisələri vardır. 15 iyul 2021-ci il tarixdə bərk əsəbləşərək İlhama məxsus həyətyanı torpaq sahəsində yerləşən elektrik kabelini kəsmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs ona dəymiş maddi ziyanı ödədiyini, şikayət və tələbinin olmadığını və işə onun iştirakı olmadan baxılaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İsmayıllı İnşaat” mağazasının 23 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 10 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək olan müddətdə Sip (Sslam) markalı, 16 mm-lik elektrik kabelinin 1 (bir) metrinin orta bazar qiymətlərinə uyğun real pərakəndə satış qiyməti 1 (bir) manat 20 qəpik təşkil edir. İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 23.07.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 15 iyul 2021-ci il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs evinin həyətindəki 10 metrlik elektrik kabelini kəsməklə sonuncuya 12 (on iki) manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs vurulmuş ziyanı Vüqar Babayevə tamamilə ödəmiş və onunla barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir xitam verilir. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar