Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-255/2023 06.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri. H.Əliyev prospekti, ev 71-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2021-cı il tarixli 2 (037) – 18/2021 saylı icra vərəqəsinə 15 sentyabr 2020-cı il tarixdən başlayaraq Şəxs 26 yanvar 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (yüz əlli) manat məbləğində aliment tutularaq Xələfli (Osmanlı) Aysel Əli qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3900 (üç min doqquz yüz) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Borclu təyin olunmuş aliment məbləğindən müəyyən qədər ödənişlər etsə də, borcu yaranmışdır. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3900 (üç min doqquz yüz) manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment təyin olunduqdan sonra müəyyən qədər ödənişlər etmişdir. Lakin maddi imkanı olmadığı üçün vaxtında aliment məbləğini tam şəkildə ödəyə bilməmiş və 3900 (üç min doqquz yüz) manat borcu qalmışdır. Hazırda borcundan 1500 (min beş yüz) manatını tələbkara ödəmiş və qalan borcunu 2 ay müddətində tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. Bununla bağlı tələbkarla şifahi razılığa gəlmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 3900 (üç min doqquz yüz) manat aliment borcu olmuşdur. Hazırda Hikmət aliment borcundan 1500 (min beş yüz) manatını ona ödəmişdir. Şəxs qalan borcunu 2 (iki) ay müddətinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin borcu 2 (iki) ay müddətinə ödəyərsə Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsinə etiraz etmir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 25 may 2023-cü il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş qalan 3900 (üç min doqquz yüz) manat məbləğində borcun Zərərçəkmiş şəxs ödəməkdən yayınmaqla icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. 05 iyun 2023-cü il və 06 iyun 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs Röşən oğlu cəmi 1500 (min beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Şəxs 06 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, 06 iyun 2023-cü il tarixə ödənilməmiş qalan 2550 (iki min beş yüz əlli) manat məbləğində pulu 06 avqust 2023-cü il tarixədək tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs 06 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, 06 iyun 2023-cü il tarixə yaranmış 4050 (dörd min əlli) manat puldan 1500 (min beş yüz) manatı ödənilmiş və qalan 2550 (iki min beş yüz əlli) manat borcu Şəxs 2 (iki) aya ödəyəcəyi təqdirdə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xələfli X3 Rayon Məhkəməsinin 15 fevral 2021-cı il tarixli 2 (037) – 18/2021 saylı icra vərəqəsi üzrə yaranmış 3900 (üç min doqquz yüz) manat məbləğində borcu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Nəzakət Xələfovaya 3900 (üç min doqquz yüz) manat borcunun olduğu qeyd edilmişdir. Şəxs hazırda borcundan 1500 (min beş yüz) manatını tələbkara ödəmiş, qalan borcunu 06 avqust 2023-cü il tarixədək tam şəkildə ödəyəcəyini vəd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yaranmış borcu Şəxs 2 (iki) ay müddətinə tam şəkildə ödəyəcəyi təqdirdə işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-255/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-255/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver