Məhkəmə qərarları › İş №3(037)-256/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-256/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-256/2021 30.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 16 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə 30 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 16 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. 10 avqust 2021-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən ona cərimə olunması barədə bildiriş gəlmişdir. Avqust ayının 11də icra şöbəsinə yaxınlaşaraq barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul olunmuş qərarın surətini götürmüşdür. Həmin qərarda onun 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində tibbi maskadan istifadə etmədən karantin qaydalarını pozması əsas götürülmüş və o, 100 (bir yüz) manat miqdarında inzibati cərimə olunmuşdur. Həmin protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, protokolun tərtib olunduğu tarixdə o, Bakı şəhərində olmamış, yaşadığı Basqal qəsəbəsində olmuşdur. Protokola olan imza ona məxsus deyil və həmin imza başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla qeyd olunan inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib olunmuş 16 fevral 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 (AZE ********) 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində tibbi maskadan istifadə etmədən karantin qaydalarını pozmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi tərəfindən qəbul olunmuş 16 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X2 16 fevral 2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitargigiyena və karantin qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X2 hazırki şikayətində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edildiyini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 16 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta qərarından narazı qaldığını qeyd etsə də, həmin qərardan narazı qalmasının əsasları ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib olunmuş 16 fevral 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zülfü Əhmədovun şəxsiyyətini müəyyən edən bütün məlumatlar həmin protokolda öz əksini tapmışdır. Zülfü Əhmədov protokolun izahat bölməsində “bir daha belə hallara yol verməyəcəyi” qeyd etmişdir. Ümumiyyətlə, 16 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın hansı səbəblərə görə əsassız olduğunun iddia edildiyi iş materiallarından müəyyən edilmir. Zülfü Əhmədov tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərarın qanunsuz və əsassız olması halları məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-115, 117, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 16 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar