Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-256/2023 25.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1980-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 2, ev 4-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X7 Sahəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 may 2023-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 19 aprel 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində X2 işlətdiyi mağazanın qarşısında sonuncu ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 25 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Nurlan Qədirli 19 aprel 2023-cü il tarixdə polis şöbəsinə müraciət edərək Şəxs onun işlədiyi mağazaya gələrək onunla mübahisə edib ətrafdakı insanların eşidə biləcəyi səslə nalayiq ifadələr işlətməsi faktı ilə bağlı araşdırma aparılmış və əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olduğundan həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Borisoviç bildirdi ki, əvvəllər polis əməkdaşı olmuş və sonradan narkotiklə bağlı işdən çıxarılmış Nurlan Qədirli onun iş yoldaşı Teymur barəsində rayon polis şöbəsinə şikayət etmişdir. Həmin şikayətində onunda adını çəkmişdir. Bundan sonra 19 aprel 2023-cü il tarixdə o, Nurlanın bazar ərazisində işlətdiyi mağazasına getmiş və Nurlana polisə “iş verənlik” etdiyini, onun adını niyə çəkdiyini, “iş verənlikdən” əl çəkməsini bildirərək mağazadan çıxmışdır. Həmin sözləri ona mağazanın içərisində demiş və başqa heç kim eşitməmişdir. O, mağazadan çıxdıqdan sonra 50 metr qarşıda çay evinin yanında dayanmışdır. Nurlan Qədirli ona heç nə demədən polis şöbəsinə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, 18 aprel 2023-cü il tarixdə idarə etdiyi avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən “Mercedes” markalı avtomobilin sürücüsü avtomobili yolun hərəkət zolağında saxlamış və İsmayıllı rayon Qaz İdarəsinin avtomobilinin sürücüsü ilə söhbət etdiyini görmüşdür. O, “Mercedes” markalı avtomobilin sürücüsü sonradan adını bildiyi Teymur adlı şəxsə öz iradını bildirmişdir. Bundan sonra Teymur adlı şəxs işıqforun qırmızı işığında hərəkətini davam etdirərək oradan uzaqlaşdı. Bununla bağlı polis şöbəsinə müraciət etmişdir. 19 aprel 2023-cü il tarixdə H.Əliyev prospektində işlədiyi mağazada olarkən Şəxs oraya gəlmiş və onunla mübahisə edərək polisə “iş verənlik” etdiyini bildirmişdir Bundan sonra Famil mağazadan çıxmış və yenidən ətrafdakı insanların eşidə biləcəyi tərzdə ucadan onu təhqir edərək oradan uzaqlaşmışdır. Bundan sonra o, bu barədə rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 19 aprel 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində X2 işlətdiyi mağazanın qarşısında sonuncu ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Şəxs ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-256/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-256/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver