Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-256/2025 06.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərə 06 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 06 avqust 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq icra tədbirləri aparılmış və Şəxs ötən müddət ərzində aliment məbləğindən yalnız 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Hazırda Şəxs 2620 (iki min altı yüz iyirmi) manat aliment borcu vardır. Həmin borcun ödənilməsi Elgün Məmmədovdan tələb olunduğu halda, o maddi imkanının olmadığını, nə vaxt işləyərsə həmin vaxt aliment borcundan ödəniş edəcəyini bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, rəsmi iş yeri yoxdur və atası ankoloji xəstədir. Ötən müddət ərzində fərdi işlərdə işləməklə əldə etdiyi gəliri atasının müalicəsinə xərcləmişdir. Hazırda 1 həftədir ki, Bakı şəhərində, bazarda araba sürür. Hazırda heç bir məbləğdə ödəniş edə bilmir. Bundan sonra hər ay aliment məbləğindən 150 (yüz əlli) manat məbləğində ödəniş edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X2 izahat verərək göstərdi ki, uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Uşağını valideynləri saxlayır. Ötən müddət ərzində Nurlan aliment məbləğindən cəmi 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Nurlana vaxt verilsə belə borcundan ödəniş etməyəcəkdir. Bu səbəbdən aliment borcunun ödənilməsi ilə bağlı ona vaxt verilməsini istəmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı 11 dekabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı 11 dekabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra vərəqəsindən görünür ki, 31 iyul 2024-cü il tarixdən başlayaraq Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq 04 noyabr 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı 11 dekabr 2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən aliment məbləğinin vaxtında və lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının qərəzli icra olunmamasındakı uzun müddəti, həmçinin aliment məbləğinin ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 avqust 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-256/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-256/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver