Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-257/2022 13.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 23 A-da yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(037)-160/2021 saylı qətnaməsinə əsasən Şəxs 1218 (min iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs2 və İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-569/2021 saylı qətnaməsinə əsasən Şəxs 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs2 verilməli olan 1218 (min iki yüz on səkkiz) manat və tələbkar Zərərçəkmiş şəxs1 verilməli olan 580 (beş yüz səksən) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13 iyun 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, qeyd olunan icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bundan başqa 02 mart 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 17 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs təqaüdə çıxacağını və tələbkarlara olan borcunu 20 aprel 2022-ci il tarixə kimi tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt tələbkarlar Şəxsla şifahi olaraq razılığa gəldiyindən işin icraatına xitam verilmişdir. Həmin vaxtdan sonra Şəxs heç bir məbləğdə ödəniş etməmiş və çağırışlara da gəlməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, hər iki icra sənədi üzrə borcundan ödəniş edə bilməmişdir. Buna da səbəb heç yerdə işləməməsidir. O, uzun illər İsmayıllı rayon X4 Hissəsində işləmiş və təqaüdə çıxmışdır. Lakin işlədiyi dövrlərlə bağlı problemlər olduğundan ona təqaüdün ayrılması təxirə salınmışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Hazırda borcundan heç bir məbləğdə ödəniş edə bilmir. Ona vaxt verilərsə təqaüdə çıxdıqdan sonra borcundan ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, Şəxs ona 1218 (min iki yüz on səkkiz) manat borcu vardır. Bir neçə ay bundan öncə keçirilən məhkəmə iclasında Rauf həmin pulu 2022-ci ilin aprel ayının 20-nə kimi tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan 3 (üç) ay vaxt keçsə də, Rauf borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Rauf hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən qərəzəli olaraq yayınmaq istəmişdir. Hazırda borcunu tələb edir və borcu ödənilməyəcəyi təqdirdə Şəxs qanuna müvafiq qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs ona 580 (beş yüz səksən) manat borcu vardır. Həmin pulu Rauf hər dəfəsində müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. Hazırda borcunu tam şəkildə tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs qanuna müvafiq qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2022-ci il tarixli arayışından görünür ki, icra vərəqələri üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs2 verilməli olan 1218 (min iki yüz on səkkiz) manat və tələbkar Zərərçəkmiş şəxs1 verilməli olan 580 (beş yüz səksən) manat pulu ödəməkdən yayınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(037)-114/2022 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(037)-160/2021 saylı qətnaməsinə əsasən Şəxs 1218 (min iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs2 və İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-569/2021 saylı qətnaməsinə əsasən Şəxs 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda tələbkarlara ödənilməli olan borcu ödənilməmiş qalmışdır. Bundan başqa 02 mart 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, 17 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs təqaüdə çıxacağını və tələbkarlara olan borcunu 20 aprel 2022-ci il tarixə kimi tam şəkildə ödəyəcəyini öhdəsinə götürərək tələbkarlarla şifahi olaraq razılığa gəldiyindən işin icraatına xitam verilmişdir. Həmin vaxtdan sonra Şəxs borcundan heç bir məbləğdə ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Bununla da Rauf Fəəruxov qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 13 iyun 2022-ci il tarixdə saat 14:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 13 iyun 2022-ci il tarixdə saat 14:45-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-257/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-257/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver