Məhkəmə qərarları › İş №3(037)-257/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-257/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-257/2023 25.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə İsmayıllı rayonu Sərdahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 31-də yaşayan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 24 may 2023-cü il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 24 may 2023-cü il tarixdə saat 19:00-a radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 24 may 2023-cü il tarixdə özünə məxsus “VAZ-2121” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində yolun əks istiqamətində saxlamışdır. Həmin vaxt yol patrul xidməti əməkdaşı səsgücləndirici vasitəsi ilə avtomobilin sahibini avtomobilə yaxınlaşmasını bildirmişdir. O avtomobilə yaxınlaşmış və polis əməkdaşı avtomobilin duracağa yerləşdirilməsini ona bildirmişdir. O, bunun səbəbini soruşmuş və polis əməkdaşı on avtomobili yolun əks istiqamətində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşına avtomobili aparmalarını bildirmişdir. Bir qədər sonra oraya post patrul xidməti əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Axşam atası şöbəyə gəlmiş və avtomobili cərimə yazdıqdan sonra buraxacaqlarını bildirmişlər. Lakin sonradan onun barəsində polisin qanuni tələblərinə tabe olmaması ilə bağlı protokol tərtib etmişlər. O, yenidən avtomobilinin nəyə görə duracaqda qaldığını bildirərək öz etirazını bildirmişdir. Həmin gün çay evində bir qədər spirtli içki qəbul etmişdir və avtomobili tanışı idarə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5 X8 yol patrul xidməti inspektoru X2 göstərdi ki, 24 may 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ-2121” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun əks istiqamətli hərəkət zolağında saxlamışdır. Avtomobilə yaxınlaşmış və səsgücləndirici vasitəsi ilə sürücüyə avtomobilə yaxınlaşmasını bildirmişdir. Sürücü Şəxs avtomobilə yaxınlaşmış və o özünü təqdim etmişdir. Sürücüyə törətdiyi əməli izah etmiş və avtomobilin duracağa yerləşdiriləcəyini bildirdikdə, Şəxs buna etiraz etmiş və avtomobilin duracağa yerləşdirlməsini təmin etməyəcəyini bildirmişdir. Onu nizam-intizama dəvət etsə də o, ətrafda olan sakinlərin narahatçılığına səbəb olan hərəkətlər edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra əraziyə post patrul xidməti əməkdaşları dəvət olunmuş və sürücü avtomobili ilə birlikdə polis şöbəsinin mühafizə olunan duracağına gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli 187 nömrəli alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 may 2023-cü il tarixdə tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 25 may 2023-cü il tarixdə saat 19 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində özünə məxsus “VAZ-2121” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətli hərəkət zolağında saxladığı üçün İsmayıllı rayon X5 X8 əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş və o, polis şöbəsinə getməkdən imtina edərək onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar