Məhkəmə qərarları › İş №3(037)-258/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-258/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-258/2022 13.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1967-ci il tarixdə Ağdam rayonu Qiyaslı kəndində olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Pirdinar kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi 4UECQB5 Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 12 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu Pirdinar kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şəxs izahatında göstərdi ki, 12 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu Pirdinar kəndi ərazisində həmkəndliləri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin faktla bağlı araşdırma aparılmış və Şəxs ictimai qaydanın pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi öz təsdiqini tapmışdır. Ümumiyyətlə Şəxs kənd sakinləri tərəfindən mənfi xarakterizə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Pirdinar kəndində yaşayır. 12 iyun 2022-ci il tarixdə bacısının inəkləri gəlməmiş və onu axtarmağa getmişdir. Kənd ərazisində olarkən həmkəndlisi Şahnəzərlə rastlaşmış və Şahnəzər ona inəklərinin əkin yerinə girərək ziyan vurduğunu bildirmişdir. O, Şahnəzərə yalan danışdığını bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 izahat verərək göstərdi ki, İsmayıllı rayon Pirdinar kəndində kəndində yaşayır. Cahid onun həmkəndlisidir. Cahid mütəmadi olaraq təsərrüfatlarında olan heyvanları kənd sakinlərinə məxsus əkin sahəsinə buraxır və onlara maddi ziyan vurur. Bununla bağlı Cahidə öz iradlarını bildirdikdə, Cahid böyük, balaca, uşaq, qadın yanında ucadan nalayiq ifadələr işlədir. Artıq Cahidin bu hərəkətləri kənd sakinləri tərəfindən böyük narazılığa səbəb olmuşdur. Sonuncu dəfə 12 iyun 2022-ci il tarixdə yenidən Cahidin heyvanlarının əkin sahəsinə ziyan vurduğunu öyrənmişlər. Bu səbəblə kənd sakinləri ilə birlikdə həmin kəndin ərazisində Cahidlə rastlaşmışlar və Cahidə öz iradlarını bildirmişlər. Həmin vaxt Cahid ucadan nalayiq ifadələr işlədərək onu və kənd sakinlərini söyübtəhqir etmişdir. Həmin vaxt ətrafda qadın və uşaqlarda olmuşdur. Bundan sonra onlar məcburiyyət qarşısında qalaraq İsmayıllı rayon Polis Şöbəsinə məlumat vermişlər. İş üzrə şahid qismində izahat verən X6, X7 və X3 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 12 iyun 2022-ci il tarixdə İsmayıllı rayonu Pirdinar kəndində həmkəndliləri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 05 (beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 13 iyun 2022-ci il tarixdə saat 16:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 13 iyun 2022-ci il tarixdə saat 16:35-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar