Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-259/2021 02.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 2001-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 20-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 10 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Tofaş Şahin” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsi yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq həmin yolda Zərərçəkmiş şəxs Şirsolatan oğluna məxsus bir baş inək malını vurması və avtomobildə olan sərnişin X2 yüngül bədən xəsarəti alması və bir baş inək malının tələf olaraq Zərərçəkmiş şəxs Şirsolatan oğluna maddi ziyan vurulması faktı üzrə təhqiqatçı Şəhriyar Fərəcovun 11 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X6 X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 17 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 10 iyul 2021-ci il tarixdə idarə etdiyi “Tofaş Şahin” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsində hərəkətdə olarkən, qəflətən yola bir baş inək malı çıxmış və həmin malı vurmuşdur. Həmin mal tələf olmuş və avtomobildə olan tanışı Fariz Həsənov yüngül bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxslərin ondan tələb və şikayəti yoxdur. Əməlindən peşmandır və ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, 10 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək malı İsmayıllı rayonu Lahıc qəsəbə yolunda sonradan tanıdığı Şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobillə vurulmuşdur. O, sonradan həmin əraziyə gəlmiş və malın tələf olduğunu görmüşdür. Onun Şəxs qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş X3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 mart 2019-cu il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. 10 iyul 2021-cu il tarixli 276 nömrəli tibbi müayinə protokolunun surətindən müəyyən edilir ki, Şəxs 10 iyul 2021-ci il tarixdə saat 15:20-də tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 278 №-li 02.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarət –sağ saidin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10 iyul 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Çəhriyar Fərəcovun 11 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X9 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 10 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Tofaş Şahin” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsi yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq həmin yolda Zərərçəkmiş şəxs Şirsolatan oğluna məxsus bir baş inək malını vurmuş və nəticədə avtomobildə olan sərnişin X5 yüngül bədən xəsarəti almış və bir baş inək malının tələf olaraq Zərərçəkmiş şəxs Şirsolatan oğluna maddi ziyan vurulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-259/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-259/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver