Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-261/2020 15.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmmədhüseyn oğlunun iştirakı ilə 25 avqust 1982-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Məmmədhüseyn oğlu barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Məmmədhüseyn oğlu 15 iyul 2020-ci il tarixdə 11:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində “Final” ərzaq mağazasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməsi, bununla da ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi x3 izahatında göstərdi ki, 15 iyul 2020-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində “Final” ərzaq mağazasının qarşısında iki nəfər şəxsin ucadan nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuş və həmin əraziyə getmişlər. Həmin əraziyə çatdıqda İsmayıllı kənd sakinləri Kamil Ağayev və Şəxs sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməsini görmüşdür. Həmin vaxt yaxınlıqda olan qonşular küçəyə çıxaraq hər iki şəxsin ucadan nalayiq ifadələr işlətməsinə öz etirazlarını bildirmişlər. Bundan sonra o, həmin şəxsləri rayon polis şöbəsinə gətirmiş və barələrində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 15 iyul 2020-ci il tarixdə saat 11:00 radələrində tanışı Kamil Ağayevlə birlikdə bir qədər spirtli içki qəbul etmişlər. Bir qədər sonra Kamillə İsmayıllı kəndi ərazisində yerləşən “Final” ərzaq mağazasına gedərək oradan pivə almaq istəmişlər. Mağazaya daxil olduqda mağazanın sahibi Ceyhunla Kamil arasında mübahisə yaranmışdır. O da mübahisəyə müdaxilə etmiş və sərxoş vəziyyətdə olduğundan ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt qonşular küçəyə çıxaraq onlara öz iradlarını bildirmişdir. Bir qədər sonra həmin əraziyə polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, 15 iyul 2020-ci il tarixdə saat 11:00 radələrində oğlu Ceyhun ona zəng edərək iki nəfər şəxsin sərxoş vəziyyətdə ərzaq mağazasına gələrək onunla mübahisə etdiyini bildirmişdir. O dərhal mağazaya getmiş və mağazaya çatdıqda mağazanın qarşısında x5 Mehdiyevin ucadan nalayiq ifadələr işlətdiyini görmüşdür. O hər ikisinə öz iradını bildirmiş və onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt yaxınlıqda yaşayan qonşularda küçəyə çıxmış və onlara öz iradlarını bildirmişlər. Bu hal əvvəllərdə bir neçə dəfə təkrar olduğundan polis şöbəsinə məlumat vermişlər. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahat verərək göstərdi ki, 15 iyul 2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı evin həyətində olarkən küçədən səs eşitmiş və çölə çıxdıqda Kamil Ağayev və Şəxs “Final” ərzaq mağazasını işlədən Ceyhunla mübahisə etdiyini görmüşdür. Həmin vaxt x5 Mehdiyevin ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. O və ətrafda yaşayan bir neçə kənd sakinləri onlara öz iradını bildirmişdir. Buna baxmayaraq həmin şəxslər sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməyə davam etmişlər. Bundan sonra əraziyə polis əməkdaşları gəlmiş və həmin şəxsləri rayon polis şöbəsinə aparmışlar. İş üzrə şahid qismində izahat verən Şahid1 da Şahid3 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. 15 iyul 2020-ci il tarixli 277 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 iyul 2020-ci il tarixdə saat 13:53-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və x2 Nazirliyi yanında Dövlət x4 İsmayıllı rayon Şöbəsinin 15 iyul 2020-ci il tarixli, **********4 saylı arayışından görünür ki, Şəxs Məmmədhüseyn oğlu heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 15 iyul 2020-ci il tarixdə 11:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində “Final” ərzaq mağazasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş, bununla da ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 15 iyul 2020-ci il tarixdə saat 17:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məmmədhüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) günmüddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 15 iyul 2020-ci il tarixdən saat 17:45-dən hesablansın. İnzibati həbs müddəti 25 iyul 2020-ci il tarixdə saat 17:45-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-261/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-261/2020
15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver