Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-264/2020 17.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 02 fevral 2020-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Renault Megane” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21154” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “VAZ-21154” markalı ** BK *** avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və “Renault Megane” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Mirzağa qızının xəsarət alması faktı üzrə İsmayıllı rayon prokurorunun böyük köməkçisi Mazan Fətəliyevin 03 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsinin təmin edilməsindən ötrü qərar İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 17 iyul 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 02 fevral 2020-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Reault Megane” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi ilə hərəkətdə olarkən əks istiqamətdə gələn “VAZ-2154” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobildə olan valideynləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışdır. Hazırda zərərçəkmiş şəxslərin səhhəti normaldır və ondan tələb və şikayətləri yoxdur. Əməlindən peşmandır və ona güzəşt olunmasını xahiş edir. Zərərçəkmiş şəxs1 Ağacan oğlu izahat verək göstərdi ki, 02 fevral 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymiş və özü də müxtəlif bədən xəsarəti almışdır. Onun avtomobilinə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və Şəxs qarşı tələb və şikayəti qalmamışdır. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs qarşı tələb və şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 mart 2018ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və x1 31 №-li 15.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ağacan oğlunun bədəni üzərində aşkar edilmiş xəsarət –sağ tərəfli hemopnevmotoroksla (döş boşluğuna havanın və qanın yığılması) müşayiət olunan sağdan Vİ, Vİİ, Vİİİ və İX qabırğaların və sol qamış sümüyünün qapalı sınıqları, alın təpə nahiyyəsinin sıyrığı bərk küt əşya (alət) təsirindən törənmişdir, 02 fevral 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və x1 45 №-li 15.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – soldan Vİİ-Vİİİ qabırğaların yerdəyişməyən sınığı bərk küt əşya (alət) təsirindən törənmiş, 02 fevral 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və x1 46 №-li 15.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Mitzə qızının bədəni üzərində aşkar edilmiş xəsarət –sol diz oynağının qismən hərəkət məhdudluğu ilə müşayət olunan sol diz oynağının və sol baldırın şişkinlik fonunda geniş ölçülü qançırı bərk küt əşya (alət) təsirindən törənmiş, 02 fevral 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. 29 mart 2020-ci il tarixli, 9/227 saylı ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı “VAZ-21154” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2529 (iki min beş yüz iyirmi doqquz) manat ziyan dəydiyi qeyd edilmişdir. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Mazan Fətəliyevin 03 iyul 2020ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə icraata xitam verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsinin təmin edilməsindən ötrü qərar İsmayıllı rayon Polis Şöbəsinə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 02 fevral 2020-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Renault Megane” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21154” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ-21154” markalı ** BK *** avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və “Renault Megane” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Mirzağa qızı müxtəlif bədən xəsarəti almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-264/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-264/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver