Məhkəmə qərarları › İş №3(037)-265/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-265/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-265/2021 25.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim Seyfəddin oğlunun, Bəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Quşencə kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx X4 barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən 15 mart 2019-cü il tarixdən başlayaraq X2 13 iyun 2015-ci il təvəllüdlü X3 və 05 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlaılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və 05 sentyabr 2017-ci il təvəllüdlü X1 üç yaşınadək, yəni 05.09.2020-ci il tarixə kimi hər ay 70 (yetmiş) manat tutulub Kazımova (Bədəlova) Gülşən Zahid qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 10540 (on min beş yüz qırx) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 avqust 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Pərviz Kazımov icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu aliment məbləği təyin olunan gündən hazırki günədək heç bir məbləğdə ödəniş etməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 25 avqust 2021-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 10540 (on min beş yüz qırx) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Pərviz Kazımov izahat verərək göstərdi ki, onun təyin olunmuş aliment məbləğindən məlumatı olmamışdır. Bu səbəbdən təyin olunmuş aliment məbləğindən ödəniş edə bilməmişdir. Bir neçə müddətdir ki, qolu sındığı üçün heç yerdə işləməmişdir. Hazırda Bakı şəhərində fərdi olaraq avtomobillərin rənglənməsi ilə məşquldur. Ona müəyyən müddət vaxt verilərsə təyin olunmuş aliment məbləğindən ödənişlər edəcəkdir. Bugünə yaranmış aliment borcu çox olduğundan borcu tam şəkildə ödəməsi mümkün deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs (Kazımova) izahat verərək göstərdi ki, borclu hzırki günədək təyin olunmuş aliment məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Pərviz bir dəfə də olsun uşaqları ilə maraqlanmamış və onları görməyə belə cəhd göstərməmişdir. Pərviz Kazımovun aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması nəzərə alınaraq onun barəsində qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 09 iyun 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən Pərviz Kazımov tələbkar Zərərçəkmiş şəxs olan 10540 (on min beş yüz qırx) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2019-ci il tarixli 2 (005) – 2088 / 2019 saylı icra vərəqəsinə əsasən 15 mart 2019-cü il tarixdən başlayaraq X2 13 iyun 2015-ci il təvəllüdlü X3 və 05 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlaılması üçün hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və 05 sentyabr 2017-ci il təvəllüdlü X1 üç yaşınadək, yəni 05.09.2020-ci il tarixə kimi hər ay 70 (yetmiş) manat tutulub Kazımova (Bədəlova) Gülşən Zahid qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı elan edilmiş və 25 avqust 2021-ci il tarixdə polis əməkdaşı vasitəsi ilə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Könül Aslanovay ödənilməli olan 10540 (on min beş yüz qırx) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Pərviz Kazımov qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Pərviz Kazımov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Pərviz Kazımov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Pərviz Kazımov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X4 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 30 (otuz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 25 avqust 2021-ci il tarixdə saat 14:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 25 avqust 2021-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar