Məhkəmə qərarları › İş №3(037)-265/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-265/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-265/2024 06.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, təqaüdçü, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, uzunluğu 7 sm və 9 sm, ümumi təmiz çəkisi 0,14 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin 30 may 2024-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısının 03 iyun 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, törətdiyi əməli etiraf edir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin X6 31 may 2024-cü il tarixli 3-16-16-2- 17/505 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd, uzunluğu 7 sm və 9 sm, ümumi təmiz çəkisi 0,14 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X6 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 34 (otuz dörd) manat 55 qəpik təşkil edir. İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısının 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X2 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, uzunluğu 7 sm və 9 sm, ümumi təmiz çəkisi 0,14 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkmiş, həmin narkotik vasitə 30 may 2024-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ahı yaşda olmasını, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 250 (iki yüz əlli) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. İş üzrə maddi sübut – hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 (iki) ədəd, uzunluğu 7 sm və 9 sm, ümumi təmiz çəkisi 0,14 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut - hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 (iki) ədəd, uzunluğu 7 sm və 9 sm, ümumi təmiz çəkisi 0,14 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 34 (otuz dörd) manat 55 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X3, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar