Məhkəmə qərarları › İş №3(037)-27/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-27/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-27/2021 19.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Alıverdi qızı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində yaşadığı evdə qızı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs azyaşlı qızı Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Qanuni nümayəndə onun keçmiş arvadı olmuşdur. Həmin nikahlarından iki övladları var. Boşandıqdan sonra Məryam və uşaqları ilə bir evdə yaşamışlar. Lakin aralarında ərarvad münasibətləri yoxdur. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olarkən uşaqlarının yataqlarını səliqəyə salmadıqlarını görmüşdür. Bu zaman o, qızı Fatiməyə səslənərək yataqlarını səliqəyə salmalarını bildirmişdir. Qızı Fatimə onun sözünə məhəl qoymamış və bundan bərk əsəbləşərək Fatiməni yanına çağırmışdır. Fatimə onun yanına gəldikdə onun sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra Fatimə onun yanından qaçaraq uzaqlaşmaq istəmiş və bir qədər irəli getdikdən sonra yerə yıxılaraq xəsarət almışdır. Məryam həmin vaxt evdə olmamış, sonradan evə gələrək olanlar barədə məlumatı olmuş və polis şöbəsinə onun barəsində şikayət etmişdir. Hazırda Fatimə və onun qanuni nümayəndəsi Məryam onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində anası evdə olmadığı üçün balaca qardaşına mətbəxdə çay süzürmüş. Bu zaman atası ona səslənərək yataqlarını yığmasını tələb etmişdir. Qardaşına çay süzdüyü üçün atasının tapşırığını yerinə yetirə bilməmişdir. Bu zaman atası mətbəxə gəldiyini eşitmiş və atasının onu döyməsindən qorxub qapını bağlamışdır. Atası qapını aça bilməmiş və həyətə düşərək mətbəxin pəncərəsindən onun qapını açmasını tələb etmişdir. Həyətə düşərək qaçmağa başlamış və müvazinətini itirərək yerə yıxılmışdır. Atası ona yaxınlaşmış və yerdən qaldıraraq başından əli ilə bir neçə dəfə vurmuşdur. Bir qədər sonra anasına zəng etmiş və olanlar barədə məlumat vermişdir. Hazırda atasını bağışlamış və onunla barışmışdır. Atası Şəxs qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə qızı Fatimə ona zəng edərək atası Alıvərdi tərəfindən döyüldüyünü ona bildirmişdir. O evə gedərkən qızının üzərində qan izləri görmüş və bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. X3 bağışlamışlar və ona qarşı tələb və şikayətləri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 487 №-li xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –üzün sıyrığı və burnun qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində yaşadığı evdə qızı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar