Məhkəmə qərarları › İş №3(037)-27/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-27/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-27/2024 24.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1956-cı il tarixdə İsmayıllı rayonunda olmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 30-da yaşayan, evli, orta təhsilli, təqaüdçü, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 24 yanvar 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs –İsmayıllı şəhəri, N.Səmədov küçəsində yerləşən “İdeal Hədiyyələr” (İdeal parfumery, cosmetics) adlı sahibkarlıq obyektində Şəxs həmin obyektə aid xx.xx.2023-cü il tarixdən hal-hazıradək reklam qurğularının açıq məkanda müvafiq icazə olmadan yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Şəxs vaxtıvaxtında ödənişlərin etmiş, lakin son 2 ay müddətində obyekt qeydiyyatsız qalmış və müraciət götürə bilməmişlər. Protokol tərtib olunanadək reklam yayımı aradan qaldırılmamış və protokol tərtib olunduqdan sonra şəxs reklam yayımını obyektdən sökərək götürmüşdür. Ötən müddət ərzində Şəxs öz adından müraciət etmiş və müqavilə onunla bağlanmışdır. Ödənişlər də Şəxs adından ödənilmişdir. Protokol tərtib olunmamışdan öncə Şəxs bildiriş göndərilərək fasad reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, 20 dekabr 2023-cü il tarixdə sahibkarlıq obyektinə təkrar baxış keçirilərkən həmin fasad reklamın əvvəlki yerində olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkil çəkilərək işə əlavə edilmişdir. Elsevər İsgəndərov fasad reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onun həmin obyektlə heç bir əlaqəsi yoxdur. Adına bağlanmış müqavilədən və ödənişlərdən xəbəri olmamışdır. Sonradan barəsində protokol tərtib olunmuş və bundan sonra müraciət edərək barəsində tərtib olunmuş protokoldan narazı olduğunu, həmin obyektlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Ona cavab olaraq bildirilmişdir ki, guya onlarla müqavilə bağlamışdır. O, sahibkar deyil, təqaüdçüdür və heç kimlə müqavilə bağlamamışdır. Obyekt onun uşaqlarına məxsusdur. Protokolun tərtib olunması ilə bağlı məlumatı olmamışdır. Qeyd etdiklərinə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon sakini Şəxs 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinə müraciət etdiyi ərizəsindən görünür ki, İsmayıllı şəhəri, H.Əliyev ünvanında yerləşən “İdeal Hədiyyələr” obyektinə məxsus reklamın açıq məkanda yayımlanmasına icazə verilməsini, eyni zamanda icazənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsinə zəmanət verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədlərindən görünür ki, Şəxs İsmayıllı şəhəri, N.Səmədov küçəsində yerləşən obyektə dair xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasad reklamlarının açıq məkanda yerləşdirilməsinə icazə verilmişdir. xx.xx.2022-ci il tarixli “Asan ödəniş” sistemindən çıxarılmış **********03 nömrəli mədaxil qəbzindən görünür ki, Şəxs (FİN: xxxxxxx) açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsinə görə X4 hesabına 54.2 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli bank rekvizitindən görünür ki, Şəxs 47.97 manat məbləğini Dövlət X3 Regional Reklam İdarəsinin hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli bank rekvizitindən görünür ki, Şəxs 143 manat məbləğində yayım haqqını Dövlət X3 Regional Reklam İdarəsinin hesabına ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs İsmayıllı şəhəri, N.Səmədov küçəsində yerləşən “İdeal hədiyyələr” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin obyektə aid reklamın icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şəxs rəsmi qaydada bildiriş göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Məhkəməyə təqdim edilmiş iş materialları ilə müəyyən edildi ki, Tahir Quliyev icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, xx.xx.2023-cü il tarixdə sahibkarlıq obyektinə təkrar baxış keçirilərkən həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs həmin obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Şəxs məhkəmə iclasında həmin obyektlə bağlı heç bir əlaqəsinin olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Şəxs 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinə müraciət edərək, İsmayıllı şəhəri ərazisində yerləşən “İdeal Hədiyyələr” obyektinə məxsus reklamın açıq məkanda yayımlanmasına icazə verilməsini, eyni zamanda icazənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsinə zəmanət verdiyini bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədlərindən göründüyü kimi, Şəxs İsmayıllı şəhəri, N.Səmədov küçəsində yerləşən obyektə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasad reklamlarının açıq məkanda yerləşdirilməsinə icazə verilmiş və o, icazə üzrə 54.20 manat dövlət rüsumunu və 190.97 manat yayım haqqını ödəmişdir. Göründüyü Şəxs 29 avqust 2022-ci il tarixdən 29 avqust 2023-cü il tarixədək qeyd olunan obyektə dair fasad reklamının açıq məkanda yerləşdirilməsi ilə bağlı Dövlət X3 Regional Reklam İdarəsi ilə müqavilə bağlamış və yayım haqqını ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxsin izahatlını dinləyərək qərara gəlir ki, Şəxs tərəfindən fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan 300 (üç yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar